“Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək
Bakı, 16 iyun, AZƏRTAC
“Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim olunan “Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tezliklə “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borclar, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər. Bu xidmət vasitəsilə istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq olacaq.
Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]