ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ MİTROPOLİT DOMİSİANLA GÖRÜŞMÜŞDÜR
Şeyxülislam qonağı salamlayaraq bildirdi ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bolqarıstanın dini nümayəndəsinin ölkəmizə ilk səfəridir. O, ölkəmizin digər əsas konfessiyalarının – pravoslav, yəhudi konfessiyalarının rəhbərlərini qonağa təqdim edərək, respublikamızın mənəvi həyatında baş verən böyük dəyişikliklər barədə məlumat verdi və bildirdi ki, dini liderlər bütün əlamətdar hadisələri birlikdə qeyd edir, mühüm məsələləri əlbir həll edirlər.
A.Paşazadə dedi ki, Azərbaycanın gələcəyə doğru yolunun təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur, indi isə onun işini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan tolerant ölkədir, biz insanlar arasında irqi, dini və ya milli əlamətlərinə görə fərq qoymuruq.
Vıdenski mitropoliti Domisian səmimi qəbula görə təşəkkürünü bildirərək, Bolqarıstan patriarxı Maksimin, Sinodun və bolqar xalqının salamlarını yetirdi. Domisian dedi: “Ölkənizin mənəvi, iqtisadi və siyasi həyatı barədə məlumat almaqdan şad oldum. Ümummilli lideriniz Heydər Əliyev dünyada görkəmli siyasətçi kimi tanınır. Hazırda Bolqarıstan demokratik yolla gedir, bizdə pravoslav kilsələri ilə yanaşı, məscidlər də tikilir, müsəlman ruhani məktəbləri fəaliyyət göstərir, müfti də var və bütün bunlar Dini etiqad haqqında qanunda təsbit olunmuşdur.
Domisian sonda dedi: “Tanrı Azərbaycana çoxlu nemət bəxş etmişdir. Qoy Tanrı sizə yar olsun və sülh əta etsin ki, ərazi bütövlüyünüz bərpa olunsun”.
Görüşdə tərəfləri maraqlandıran məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.
Vıdenski mitropoliti Bolqarıstan müsəlmanlarının həyatı ilə bilavasitə tanış olmaq üçün Allahşükür Paşazadəni ölkəsinə dəvət etdi.
Sonda şeyxülislam A.Paşazadə və mitropolit Do