Sığorta hadisələrinə qarşı tədbirlər ilə bağlı sosial videoçarx hazırlanıb
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB), Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış memoranduma əsasən həyata keçirilən sığorta maarifləndirməsi layihəsi çərçivəsində yerli sığorta şirkətlərinin iştirakı ilə sığorta hadisələrinə qarşı tədbirlər istiqamətində videoçarx hazırlanıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, adı çəkilən üç qurum arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” memoranduma əsasən ümumrespublika səviyyəsində geniş maarifləndirmə işlərinə başlanılıb. Üç ili əhatə edəcək bu sığorta maarifləndirməsi layihəsinin ilk mərhələsində əhalidə və biznes subyektlərində risk fərqindəliyinin formalaşdırılması nəzərdə tutulub. Layihə çərçivəsində yerli sığorta mütəxəssislərinin əhaliyə risk və sığorta anlayışları ilə bağlı geniş açıqlamaları təqdim olunur, eyni zamanda, müxtəlif vasitələrlə hadisələrin qarşısının alınması ilə bağlı sosial çağırışlar ünvanlanır.
Hadisələrin qarşısının alınması ilə bağlı hazırlanmış sosial videoçarx vasitəsilə vətəndaşlara ətrafımızın daim risklərlə əhatələndiyi və bu risklərdən qorunmaq üçün vaxtında qarşısıalınma istiqamətində addımlar atmaq aşılanır və tövsiyə olunur: https://www.youtube.com/watch?v=b_baI4-FpXA.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]