SIĞORTA ŞİRKƏTLƏRİNİN NİZAMNAMƏ KAPİTALLARI ARTIRILACAQDIR
Maliyyə naziri Samir Şərifov AZƏRTAC-a bildirmişdir ki, hazırda sığorta şirkətlərinin minimal nizamnamə kapitalları 800 min manat müəyyən edilmişdir. Yeni yaradılan sığorta şirkətləri üçün isə bu məbləğ 1 milyon manatdır.
Lakin nazirlik bu məbləği aşağı hesab edir. Gələn il yanvarın 1-dən həm fəaliyyət göstərən, həm də yeni yaradılacaq sığorta şirkətlərinin nizamnamə kapitalları ilə bağlı yeni tələblər irəli sürüləcəkdir. Artıq nazirlik tərəfdən müvafiq sənəd hazırlanmışdır və o, təxminən avqust ayında təsdiq ediləcəkdir.