SİLAHLI QÜVVƏLƏRİMİZİN NÜMAYƏNDƏLƏRİ TÜRKİYƏYƏ DƏVƏT OLUNMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq iyunun 16-dan iyulun 11-dək İstanbulda “76-62 mm otomerlera topuna texniki xidmət” kursu, iyunun 16-dan 27-dək “Mərmilər və döyüş sursatları üzrə” kurs keçiriləcəkdir.
Tədbirlərə Azərbaycan hərbçiləri də dəvət olunmuşlar.