Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİLAHLI QÜVVƏLƏRİN 84-CÜ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİM

İyunun 25-də “Gülüstan” sarayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 84-cü ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. 

Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında respublikamızın dövlət himni səsləndi.

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik məktubunu oxudu.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik SƏFƏR ƏBİYEV mərasimdə çıxış etdi. Nazir mərasim iştirakçılarını, Silahlı Qüvvələrin şəxsi heyətini və xalqımızı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 84-cü ildönümü münasibətilə təbrik edərək dedi ki, Silahlı Qüvvələr günü Prezidentin Fərmanı ilə hər il dövlət və xalq bayramı kimi qeyd edilir. XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri 1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun layiqli varisidir.

Bu il Milli Qurtuluş günü Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ikiqat bayram oldu. Çünki həmin günlər Silahlı Qüvvələrin Ali Baş Komandanı Naxçıvan Muxtar Respublikasında tarixi əhəmiyyətli görüşlər keçirirdi və belə görüşlərdən biri də “N” hərbi hissəsində oldu.

Prezident Heydər Əliyev görüş zamanı demişdir: “Azərbaycan Ordusu dövlət müstəqilliyimizin ən dəyərli töhfələrindən biridir. Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycan Silahlı Qüvvələridir. Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır”.

Xalqımız Silahlı Qüvvələr quruculuğuna 1991-ci ilin oktyabrında müstəqqilliyini bərpa etdikdən dərhal sonra başlamışdır. Tarix baxımından bu, çox müddət deyildir. Lakin bu illər ərzində Azərbaycan Silahlı Qüvvələri quruculuğu sahəsində elə böyük işlər görülmüşdür ki, bunlar zaman ölçüsü çərçivəsinə sığmır. Əgər nəzərə alsaq ki, hərbi quruculuq, əslində, 1993-cü il noyabrın 2-də cənab Heydər Əliyevin xalqa tarixi müraciətindən sonra başlamışdır, onda ordu quruculuğu sahəsində görülən işlər daha böyük məna kəsb edəcəkdir.

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu Prezidentimiz Heydər Əliyevin daim diqqət mərkəzindədir. Təkcə son bir il ərzində onun qanunvericilik təşəbbüsləri, imzaladığı fərmanlar, sərəncamlar, verdiyi əmr və tapşırıqlar ordu quruculufğuna güclü təkan vermişdir.

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu planlı surətdə davam etdirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, döyüş və mənəvi psixoloji hazırlığı, idarəetmə orqanlarının hazırlanması, hərbi kadrların hazırlanması və yerləşdirilməsi, beynəlxalq hərbi əməkdaşlıq Silahlı Qüvvələrin illik hazırlıq planı, müdafiə nazirinin təşkilat-metodiki göstərişləri və digər direktiv sənədlər əsasında həyata keçirilir.

Cari ildə Silahlı Qüvvələrin bütün növlərində komanda-qərargah və real döyüş şəraitinə yaxınlaşdırılmış səhra təlimləri keçirilmiş, qoşunların döyüşə və səfərbərliyə hazırlığı yüksək səviyyədə saxlanılmışdır. Zabitlərin peşə hazırlığının səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi - psixoloji, hərbi və əxlaqi tərbiyəsi məsələləri ön plana çəkilmişdir. Şəxsi heyətin Vətənə sədaqət ruhunda tərbiyə olunması, hərbi - siyasi təzyiqlərə müqavimət göstərməyi bacarması ordunun döyüş qabiliyyətini şərtləndirən əsas amillərdəndir. Onun mənəvi psixoloji hazırlığı, döyüş qabiliyyətinin artırılması və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində görülən işlər cari ildə daha da gücləndirilmişdir. İctimai təşkilatlarla səmərəli əlaqə yaradılaraq müharibə veteranlarının, ziyalıların, elm və mədəniyyət xadimlərinin təcrübəsindən, xalqımızın mənəvi dəyərlərindən geniş istifadə edilmişdir.

Nazir bildirdi ki, Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali Baş Komandanın göstərişlərinə və Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir.

Əsas komanda-qərargah vəzifələrinə peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi olan zabitlərin təyin edilməsi diqqət mərkəzində olmuşdur. 2001-ci ilin avqust ayında Azərbaycan Ali Hərbi Məktəbinin müasir standartlara uyğun yeni proqramla hazırlanmış məzunlarının ilk buraxılışı bu işin bundan sonra daha keyfiyyətlə görülməsinə şərait yaradacaqdır.

İftixarla deyə bilərik ki, son illərdə Silahlı Qüvvələrdə müasir tələblərə uyğun aparılan islahatlar nəticəsində respublikada yeni hərbi təhsil sistemi yaradılmışdır. Cari tədris ilində Silahlı Qüvvələr Akademiyasında iki illik proqram üzrə təhsil alan zabitlərin, Təlim və tədris mərkəzində zabit ixtisas kurslarının, ehtiyat zabitlər hazırlığı kursunun, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının yeni proqram üzrə ilk buraxılışları olacaqdır. Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin ilk buraxılışı isə bu yaxınlarda olmuşdur. Bu ilin payızında Cəmşid Naxçıvanski adına Hərbi Litseyin 30 illik yubileyi qeyd ediləcəkdir.

Müdafiə naziri bildirdi ki, Silahlı Qüvvələr üçün tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələr Azərbaycan Respublikasının sənaye müəssisələrində istehsal olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri daha da genişlənmişdir. NATO, MDB və GUAM çərçivəsində, habelə bəzi dövlətlərlə ikitərəfli hərbi əməkdaşlığın əsasları qoyulmuşdur. Azərbaycan Respublikasının 1994-cü ilin mayında NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması, 1996-cı ilin aprelində isə Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş katibinə Azərbaycanın prezentasiya sənədlərinin təqdim etməsi Şimali Atlantika İttifaqı ilə əməkdaşlıqda yeni mərhələnin başlanğıcı idi.

Silahlı Qüvvələrimizdə sülhməramlı tabor yaradılmış və 1999-cu ilin sentyabrından onun bir taqımı Türkiyə Respublikası taborunun tərkibində Kosovoda beynəlxalq sülhyaratma missiyasını yerinə yetirir. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin Əfqanıstanda Təhlükəsizliyin dəstəklənməsi üzrə beynəlxalq qüvvələrin tərkibinə göndərilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının NATO ilə Tərəfdaşlıq Fərdi Proqramı xeyli genişlənmişdir və çoxmilli sülhyaratma təlimləri də daxil olmaqla, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, ötən ilin noyabrında NATO üzvü olan və tərəfdaş dövlətlərin iştirakı ilə Bakıda “Kooperativ Determineyşn-2001” çoxmilli komanda-qərargah təlimləri keçirilmişdir. 2004-cü ildə isə “Kooperativ Best Effort” çoxmilli real səhra təlimlərinin keçirilməsi planlaşdırılır.

“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsi müəvəqqəti dayandırıldıqdan sonra Azərbaycan və ABŞ arasında müdafiə sahəsində birgə bəyanat imzalanmış, hərbi əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir. Bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Belçikada NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı - Amerika Birləşmiş Ştatlarının Avropadakı Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Cozef Ralstonla görüşmüşdür. Görüş zamanı Azərbaycan-NATO və Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq məsələləri ətraflı müzakirə olunmuşdur.

Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əməkdaşlıq da uğurla inkişaf etdirilir.

Prezident Heydər Əliyev Naxçıvanda “N” hərbi hissəsində keçirilən görüşdə demişdir: “... Azərbaycanın müasir tələblərə uyğun güclü, qüdrətli ordusu var. Ancaq bu da son hədd deyildir. Biz ordumuzu daha da gücləndirməliyik. Onu müasir silahlarla daha çox silahlandırmalıyıq. Ordumuzun zabit korpusu öz peşəkarlığını daha da artırmalıdır. Bu gün mən bizim ordumuzu, onun səviyyəsini, onun döyüş qabiliyyətini yüksək qiymətləndirirəm”.

Silahlı Qüvvələrimizə verdiyi yüksək qiymətə görə, Prezidentimiz cənab Heydər Əliyevə bütün şəxsi heyət adından və öz adımdan minnətdarlığımızı bildirirəm. Bəyan edirəm ki, Silahlı Qüvvələrdə xidmət edən hər bir şəxs Ali Baş Komandanın diqqət və qayğısını daim hiss edir və duyur. Çalışırıq ki, xalqımızın və Prezidetimizin Silahlı Qüvvələrə olan inam və etimadını layiqincə doğruldaq.

Nazir çıxışının sonunda dedi: Silahlı Qüvvələrin qarşısında Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarını azad etmək kimi müqəddəs və məsuliyyətli bir vəzifə durur. Hər bir əsgər, zabit və general bu müqəddəs vəzifəni şərəflə yerinə yetirmək üçün hər gün çalışır. Əmin edirəm ki, əgər torpaqlarımız diplomatik yolla azad olunmazsa, Silahlı Qüvvələrimiz xalqımızın iradəsini əsas tutaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır.

X X X

Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, parlamentin deputatları, səfirlər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib