Sinoptiklər: “Dorian” qasırğası Kanada sahillərinə sentyabrın 7-də çatacaq
Bakı, 6 sentyabr, AZƏRTAC
“Dorian” qasırğası şənbə günü Kanadanın Atlantik sahillərinə çatacaq. Bu barədə Kanadanın Milli Meteoroloji Bürosu məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda qasırğanın Nyu-Bransuik, Yeni Şotlandiya və Şahzadə Eduard adaları əyalətlərinə yetişəcəyi bildirilir. Bununla belə qasırğanın gücü Saffir-Simpson şkalası üzrə 1-ci dərəcəyədək azalacaq. Qasırğa Kanadanın bu hissəsinə leysan yağışlar gətirəcək.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, hazırda Saffir-Simpson şkalası üzrə gücü ikinci dərəcəyə düşən qasırğanın episentri Çarlston şəhərinin 80 kilometrliyindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]