SİNOPTİKLƏR YANVARDA BOL YAĞINTI OLACAĞINI PROQNOZLAŞDIRIRLAR
Yanvar ayının üçüncü ongünlüyündə havanın temperaturu aşağı düşəcək, qar yağacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +3-4 dərəcə (gecə +1-3 dərəcə, bəzi günlər 0-2 dərəcə şaxta, gündüz +5-7 dərəcə, bəzi günlər +8-10 dərəcə), yağıntının səviyyəsi normaya yaxın olacaqdır (18-28 mm). Birinci və üçüncü ongünlüklərdə sulu qar yağacağı, şimal küləyi əsəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 0-2 dərəcə şaxta (gecə +5-10 dərəcə, gündüz 0-+6 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (14-25 mm) olacaqdır. Tez-tez duman olacaq, sulu qar yağacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu 0-2 dərəcə isti (gecə 2-4 dərəcə isti, bəzi günlər 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti) təşkil edəcək, yağıntının səviyyəsi normaya yaxın (16-24 mm) olacaqdır. Duman olacağı, birinci ongünlükdə və üçüncü ongünlüyün ayrı-ayrı günlərində güclü qar yağacağı gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +1-3 dərəcə (gecə 3-2, gündüz 5-8 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (10-32 mm), bəzi yerlərdə normadan artıq olacaqdır. Duman olacağı, birinci ongünlükdə və üçüncü ongünlüyün bəzi günlərində güclü qar yağacağı gözlənilir.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı-Xızı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 0-2 dərəcə isti (gecə 3-2 dərəcə, bəzi günlər 5-10 dərəcə isti, gündüz 2-5 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (22-49 mm) olacaqdır. Bəzi günlər duman olacaq, birinci və üçüncü ongünlüyün ayrı-ayrı günlərində qar yağacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +4-5 dərəcə (gecə +2-3 dərəcə, gündüz +4-7 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (17-30 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +4-6 dərəcə (gecə +3-5, gündüz +6-9 dərəcə, bəzi günlər 0-2 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (63-98 mm), bəzi yerlərdə normadan artıq olacaqdır. Bəzi günlər duman olacağı, dağlarda qar yağacağı gözlənilir.