Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şinzo Abe - Yaponiyanın ən uzun müddətli Baş Naziri

Şinzo Abe - Yaponiyanın ən uzun müddətli Baş Naziri

Tokio, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Yaponiyanın Baş Naziri Şinzo Abenin hakimiyyətdə olmasının 2886-cı günü tamam olur. Bu, XX əsrin əvvəllərində Yaponiya hökumətinə başçılıq etmiş ən uzunmüddətli Baş Nazir Taro Katsuronun hakimiyyətdə olduğu müddətə tam bərabərdir.

2012-ci ilin dekabrında rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın ümumi seçkilərdə qalib gəlməsi nəticəsində növbəti dəfə Baş Nazir vəzifəsinə təsdiq edilən Şinzo Abe, 2006-2007-ci illərdə ilk dəfə hökumət başçısı olduğu dövr də daxil olmaqla çox güman ki, T.Katsuronun rekordunu təzələyəcək. Hakimiyyətdə olduğu dövrdə çoxsaylı problemlərlə qarşılaşan Ş.Abe ünvanına səslənməkdə davam edən tənqidi fikirlərə baxmayaraq, yəqin ki, Yaponiya tarixinin ən uzunmüddətli Baş Naziri olacaq. Lakin məsələ burasındadır ki, arxda qalan illərə baxmayaraq, tənqidçi ekspertlərin qənaətinə görə Ş.Abe hakimiyyətdə olduğu dövrdə tarixə düşmək üçün elə də əhəmiyyətli irəliləyişə nail ola bilməyib. Qeyd etmək yerinə düşər ki, hakim Liberal Demokratik Partiyanın sədri vəzifəsində onun müddəti 2021-ci ilin sentyabrında başa çatır. Bu həm də o deməkdir ki, həmin vaxt Ş.Abenin Baş Nazir vəzifəsini icra etdiyi müddət də yekunlaşır. Yəqin ki, bunu çox yaxşı başa düşən hazırkı Baş Nazir onun tarixdə yerini müəyyənləşdirə biləcək hər hansı uğura nail olmaq cəhdlərini durmadan artırır.

Baş Nazirin sağ əli hesab edilən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, 2012-ci ilin dekabrından hakimiyyətdə olan Şinzo Abenin administrasiyası iqtisadiyyatın canlandırılmasına, ölkənin xarici və müdafiə siyasətinin yenidən qurulmasına çalışır. Bununla bağlı mövqeyini açıqlamağa çalışan baş katib son mətbuat konfranslarının birində deyib: “Bizim hər bir problemi birbaşa həll etməyə çalışdığımız yeddi il artıq arxada qalıb. Bu bizim vicdanla çalışdığımız illər idi”.

Yaponiyanın indiki Müdafiə naziri Taro Kono da Ş.Abe administrasiyasının diplomatiya və təhlükəsizlik sahələrində sabit siyasətini yüksək qiymətləndirərək, Baş Nazirin ABŞ Prezidenti Donald Trampla sıx əlaqələr qurduğunu deyib. Bu yaxınlaradək Yaponiya Xarici işlər naziri vəzifəsini tutan T.Kono jurnalistlərə bildirib ki, Ş.Abe hazırda beynəlxalq görüşlərin ən təcrübəli fiqurlarından birinə çevrilib.

Yaponiya Demokratik Partiyasının rəhbərliyi ilə qurulan hökumətin qısa müddət davam edən təlatümlü hakimiyyəti illərindən sonra sabitliyə can atan yapon ictimaiyyətinin istəyi ilə ümumi seçkilərdə qələbə qazanan Ş.Abe tədricən əsas məsələlərə nəzarəti gücləndirərək öz mövqeyini möhkəmləndirməyi bacarıb. Bir çox siyasi ekspertlər Ş.Abeni Yaponiyanın beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışan mühafizəkar kimi xarakterizə edirlər. Onların bir qisminin qənaətinə görə, Ş.Abe hakimiyyətdə olduğu illərdə özünün realist xüsusiyyətlərini daha qabarıq göstərməyə nail olub.

2014-cü ildə ölkənin pasifist Konstitusiyasına yenidən baxılmasına nail olan Ş.Abe bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirərək, ölkənin özünümüdafiə qüvvələrinin rolunun artırılması məqsədilə 2016-cı ildə təhlükəsizlik üzrə yeni qanunvericiliyin qəbulunu həyata keçirib. Lakin onun müharibədən sonra qəbul edilmiş Konstitusiya ilə bağlı əsas düzəliş və dəyişiklikləri həyata keçirmək niyyəti hələlik parlamentin dəhlizlərində ilişib qalıb.

Bununla yanaşı, onun özünün və kabinet üzvlərinin adlarının hallandığı çoxsaylı maliyyə qalmaqalları və favoritizmlə bağlı hadisələr Ş.Abe hökumətinin reytinqinin böyük bir diapazonda oynamasına səbəb olub. Onun hakimiyyətdə olduğu 2006-2007-ci illərdə baş verən belə qalmaqallar kabinetinin qısa müddətdən sonra istefa verməsi ilə nəticələnmişdi. Hazırda müxalif qanunvericilər Baş Nazirin kabinetini hər il təşkil edilən sakuranın çiçəkləməsindən zövqalma tədbirləri ilə bağlı təmtəraqlı mərasim üçün dövlət vəsaitinin istifadəsində ittiham edirlər.

Xatırladaq ki, 2012-ci ilin dekabrında hakimiyyətə qayıdan Ş.Abe seçiciləri ən çox narahat edən ölkə iqtisadiyyatını canlandıracağını vəd etmişdi. Artıq bir neçə ildir ki, onun rəhbərlik etdiyi kabinet sosial təminat siyasətini yaxşılaşdırmaq üçün çalışır. Lakin Mərkəzi Bankın uzun müddətdir davam edən pul-kredit siyasətini yumşaltması siyasəti ilə Yaponiyanın deflyasiyadan xilasını nəzərdə tutan “Abenomika” iqtisadi proqramına baxmayaraq, ölkə iqtisadiyyatı hələ də titrək vəziyyətdə qalmaqdadır. Öz həcminə görə dünyada üçüncü olan Yaponiya iqtisadiyyatı cari ilin iyul-sentyabr aylarında demək olar ki, çox kiçik irəliləyişə nail ola bilib. Bununla yanaşı, oktyabrın 1-dən tətbiq edilən istehlak vergisinin 8 faizdən 10 faizədək qaldırılması ilə hələlik hansı nəticələrin ortaya çıxacağını proqnozlaşdırmaq hələ tezdir.

Doğrudur, Ş.Abenin diplomatik aləmdə yaxşı tanındığı fikri ilə razılaşmaq olar. Yapon məmurların özləri də onun bir çox dünya liderləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla sıx münasibətlər qurduğunu söyləyirlər. Lakin buna baxmayaraq, Koreya Respublikası ilə Yaponiya arasında II Dünya müharibəsi illərində məcburi əməyə görə kompensasiyaların ödənməsi tələbi ticari və təhlükəsizlik sahəsində ciddi problemlərin yaranması ilə nəticələnib. Bu sırada Seulun hərbi kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı müqavilənin müddətini uzatmaq istəməməsi tərəflər arasında gərginliyi daha da artırıb.

Bundan əlavə, Şimali Koreya tərəfindən 1970-1980-ci illərdə oğurlanmış Yaponiya vətəndaşlarının qaytarılması problemi də öz həllini gözləyir. Ş.Abenin Şimali Koreya lideri Kim Çen In ilə heç bir ilkin şərt olmadan görüşmək barədə təklifi qarşı tərəfin marağına səbəb olmayıb.

Rusiya ilə sülh müqaviləsinin imzalanması barədə danışıqlar da Moskvanın nəzarətində olan adalarla əlaqədar razılıq əldə edilmədiyinə görə, demək olar ki, yerində sayır. Dorudur, bu sahədə həmin adalarda birgə təsərrüfat fəaliyyətinin təşkili, həmçinin keçmiş sakinlərin öz ata-babalarının məzarlarını ziyarət etmək üçün bu adalara səfərlərinin təşkili istiqamətində müəyyən irəliləyişlər var. Lakin bu, hələ heç də problemin tam həlli demək deyil.

Bir daha qeyd edək ki, T.Katsura (1848-1913) 1913-cü ilədək Yaponiya hökumətinin başçısı olub. Onun hakimiyyəti dövründə Yaponiya Böyük Britaniya ilə ittifaqa nail olub və Rusiya ilə müharibə aparıb. T.Katsura məhz həmin tarixi məqamlarla Yaponiya tarixinə düşüb.

Əgər Şinzo Abe 2020-ci il avqustun 24-dək hakimiyyətdə qalarsa, o, Yaponiyanın fasiləsiz olaraq hökumətə başçılıq etmiş ən uzun müddətli Baş Naziri olacaq. Hazırda həmin rekord fasiləsiz 2798 gün Baş Nazir olmuş Eysaku Satoya məxsusdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib