ŞİRKƏTİN BÖLGƏLƏR ÜZRƏ LİZİNQ PORTFELİ 7,6 MİLYON DOLLAR TƏŞKİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, cari il sentyabrın 1-nə “Unileasing” Qapalı Səhmdar Cəmiyyətinin bölgələr üzrə lizinq portfeli 7,6 milyon ABŞ dolları təşkil etmişdir və bu göstərici şirkətin ümumi portfelində artmaqdadır.
Şirkətin 2006-cı ildə başladığı regionların inkişafı layihəsinə “Azerbaijan Business Assistance & Development” (ABAD) tərəfindən 68 min dollar məbləğində qrant ayrılmışdır. Bu vəsait “Unileasing”-in regionlarda nümayəndəliklərinin açılmasına yönəldilmişdir.
Hazırda şirkətin Gəncə, Lənkəran, Şəki, Quba və Saatlıda bölmələri fəaliyyət göstərir.