Şirvanda polislər qanvermə aksiyasında iştirak ediblər
Bakı, 28 iyun, AZƏRTAC
Hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şirvan Şəhər Polis Şöbəsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.
Şəhər Polis Şöbəsinin şəxsi heyəti qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanitar aksiyaya qoşulub. Aksiyada polis əməkdaşları əvvəlcə həkim nəzarətindən keçiblər.
Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.