Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi ekspert: Ermənistanda vicdan azadlığı, plüralizm obyektiv olaraq mövcud deyil

Siyasi ekspert: Ermənistanda vicdan azadlığı, plüralizm obyektiv olaraq mövcud deyil

Bakı, 12 avqust, AZƏRTAC

Dünyanın siyasi və intellektual elitası içərisində Ermənistanın gənc demokratik dövlət olması haqqında ideyalar mövcuddur. Bu fikrin reallığa nə dərəcədə uyğun olduğunu müəyyən etmək üçün demokratik rejimlərə xas xüsusiyyətləri Ermənistan üzərində təcrübədən çıxartmaq lazımdır. Təhlilimizi obyektiv və dürüst aparmaq üçün məlumat bazası qismində “Freedom House”, “Human Rights Watch”, “Amnesty International”, “Transparence International” kimi beynəlxalq QHT-lərin və ABŞ Dövlət Departamentinin hesabatlarına, Mərkəzi Kəşfiyyat İdarəsinin statistika bazasına, “Gallup” və “İnternational Republic İnstitute” kimi sorğu mərkəzlərinin məlumatlarına əsaslanmışıq.

ABŞ-ın sabiq Prezidenti Avraam Linkolnun fikrincə, demokratiya xalq tərəfindən xalq üçün seçilmiş xalq hakimiyyətidir. Burada aparıcı tezis ondan ibarətdir ki, ölkənin demokratik olması üçün əsas şərt onun müstəqil olması, suverenliyinin yeganə mənbəyi qismində xalqın özünün dayanmasıdır. Lakin biz bu tezisi Ermənistana şamil etsək, həmin ölkənin müstəqil dövlət olmamasına görə demokratik də ola bilməməsi qənaətinə gələrik. Ermənistan büdcəsinin nəzərəçarpan hissəsinin diaspordan gələn ianələr hesabına formalaşması, iqtisadiyyatının strateji sahələrinin Rusiyaya məxsus olması, 4 ölkə ilə sərhədlərinin üçünün və hava məkanının rus qoşunları tərəfindən qorunması, habelə əhəmiyyətli vəzifələrə təyinatları xarici qüvvələr ilə hesablaşmağa məcbur olması onun müstəqil dövlət olmamasına dəlalət edən amillərdəndir. Bunun təsdiqlənməsi istiqamətində “Freedom House”un Ermənistan ilə bağlı 2020-ci il hesabatını nümunə çəkə bilərik. Hesabatda seçilmiş qanunverici və icraedici hakimiyyətin öz siyasətini müstəqil müəyyən edəbilmə məsələsinə skeptik yanaşan “Freedom House” daxili-xarici siyasətin müəyyən edilməsində zəngin biznesmenlərin və Rusiyanın rolunu xüsusi vurğulayır.

“Transparency International”ın 2020-ci il üzrə statistikasına görə, Ermənistan korrupsiya səviyyəsinə görə 100 mümkün baldan 49 bal ilə qiymətləndirilib, 180 ölkə arasında 60-cı yerdə qərarlaşıb. Ermənistanda nəhəng kapitalın siyasətə güclü, əksər hallarda isə korrupsiyanın müşayiəti ilə nüfuz etməsi isbatı tələb olunmayan bir aksiomdur.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Ekspert deyib ki, insan haqlarının qorunma vəziyyətinə görə “Freedom House” 2020-ci il hesabatında Ermənistanı 100 baldan 55 bal ilə qiymətləndirib, qismən azad ölkə kimi identifikasiya edib. Bundan əlavə, Ermənistanda siyasi hüquqlar 40 mümkün baldan 22, vətəndaş azadlıqları isə 60 mümkün baldan 33 bal ilə qiymətləndirilib. Qeyd etməliyik ki, bunu 44 günlük müharibədən sonra Ermənistanda yaranan daxili siyasi nizamsızlıqla əlaqələndirmək düzgün deyil. Belə ki, keçən il də Ermənistan 53 bal ilə qismən azad ölkə kimi identifikasiya olunurdu. Ölkənin demokratiklik dərəcəsi ilə bağlı “Freedom House” tərəfindən hazırlanan ayrıca indeksdə isə Ermənistan mümkün 100 baldan 33 bal toplayaraq yarım-avtoritar rejimli ölkə hesab olunur. Ermənistanda demokratiya faizi 33,33, demokratiklik balları isə maksimum 7 baldan 3 bal ilə qiymətləndirilir. Bunu da 44 günlük müharibədə məğlubiyyətdən sonra ölkədəki siyasi böhrana heç cür bağlaya bilmərik. Çünki keçənilki hesabatda Ermənistan yenə də 32 balla yarım-avtoritar rejimli ölkə hesab olunurdu.

Siyasi ekspert Ermənistanda demokratiya olmamasına dair daha bir vacib arqumentin son seçkilərdə əldə edilən nəticələr ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib: “Ötən ilin iyulunda “Gallup” sorğu təşkilatının Paşinyanın reytinqini 85, “International Republic İnstitute”un isə 84 faiz civarında dəyərləndirməsinə rəğmən, 44 günlük müharibədə məğlubiyyətdən sonra N.Paşinyanın reytinqi 30 faizdən az olub. Bu il aprelində keçirilən sorğu nəticəsində Paşinyanın ölkə üzrə reytinqinin 27,2 faiz olduğunu müəyyənləşib. Bir ay ərzində hakim partiyanın mövqeləri 3,6 faiz geriləyib. Bu il aprelin 8-dən mayın 4-dək “International Republic İnstitute” tərəfindən aparılan sorğu N.Paşinyanın ən populyar siyasətçi olmasına baxmayaraq, əhalinin yarısından çoxu tərəfindən dəstəklənmədiyini müəyyən edib.

Bu il keçirilən seçkilərdə N.Paşinyanın rəhbərlik etdiyi partiya 53,92 faizli üstünlüklə qalib oldu. Lakin seçkilərdə ümumi seçicilərin 50 faizdən az qisminin iştirak etməsi nəticə etibarilə Paşinyanın əhalinin cəmi dörddəbirinin dəstəyinə malik olmasından xəbər verir. Əhalinin dörddəüç hissəsi tərəfindən dəstəklənməyən hakimiyyətin nə dərəcədə legitim sayılması bir çox suallar doğurur”.

Demokratiyanı, həmçinin azad və müstəqil məhkəmələr səciyyələndirir. Məhkəmə hakimiyyətinin müstəqilliyi “Freedom House” qeyri-hökumət təşkilatı tərəfindən 4 mümkün bal içərisində 1 bal ilə dəyərləndirilib. Eyni balı Ermənistan mülki və cinayət proseslərində lazımi hüquqi prosedurların olmamasına görə də alıb.

E.Məcidov qeyd edib ki, əsl demokratik ölkələrdə hakimiyyət xalq tərəfindən formalaşdırılır və şəffaflığı qorumaqla yanaşı, vətəndaşlar qarşısında mütəmadi olaraq hesabatlar da verilir. 44 günlük müharibənin ilk saatlarından sonuna qədər öz xalqına dezinformasiyalar verən, müharibə bitdikdən sonra isə ölkədə əsassız şəkildə hərbi vəziyyəti uzadan hakimiyyət şəffaflıq meyarına iddialı ola bilməz.

“Demokratik ölkələrdə zorakılıq ilkin yol kimi yox, bütün digər dinc vasitələrin yararsız olduğu halda son vasitə olmalıdır. “Human Rights Watch” 2020-ci il hesabatında 2016-cı il etirazları zamanı qanuna zidd şiddət göstərən polislər barəsində 2019-cu ildə istintaqın açıldığını bildirsə də, hələ də heç bir ittihamın irəli sürülmədiyinə diqqət çəkir. Ötən ilin yanvar və iyul aylarında 2015 və 2018-ci il etirazları zamanı zorakılıq nümayiş etdirən polislərə qarşı istintaq başlasa da, hər iki halda hakimiyyət heç kəsi mühakimə etməyib. Ötən il avqustun 6-da isə polis Nina Karapetyan, Zaruhi Hivhanisyan və Ara Qarağozyan kimi hüquq müdafiəçilərinin də olduğu 10 etirazçını həbs edib. Lakin üçtərəfli razılaşma imzalandıqdan sonra N.Paşinyana qarşı nümayişlərə cavab olaraq baş nazir orduya paytaxta gəlib “hasar altında ulayanlarla məşğul olmağa” çağırış edib. Birləşmiş Ştatların Dövlət Departamenti 2020-ci il hesabatında Ermənistan ordusu daxilində mövcud əsgər qətlləri ilə bağlı yanvar-fevral qalmaqalını xüsusilə vurğulayır. Həmçinin “Amnesty International”ın hesabatına istinad edən Dövlət Departamenti Ermənistan əsgərlərinin əlləri və ağzı bağlı olan Azərbaycan sərhədçisinin başını kəsməsi ilə bağlı videosübutların olduğunu qeyd edib.

Ermənistanda insan haqları ilə bağlı əsas problemlərdən biri də əhalinin müxtəlif seqmentlərinin bərabər hüquq və seçki imkanlarına malik olmamasıdır. Mərkəzi Kəşfiyyat İdarəsinin statistikasına görə, Ermənistan əhalisinin 98,1 faizi etnik ermənilərdən, 1,2 faizi yezid kürdlərdən, 0,7 faizi isə digər etnoslardan ibarətdir. 2015-ci ildə konstitusiya islahatları çərçivəsində parlamentdə etnik azlıqlara 4 yer (yezid, rus, assuriya və kürd) verilirdi. Lakin bütün azlıqlar mütləq sürətdə partiya siyahısı ilə getməli idi ki, bu da hər bir etnik azlığın çoxluğa tabe olmasına gətirib çıxarır.

Hüquqi dövləti xarakterizə edən əsas azadlıqlardan biri də vicdan azadlığıdır. Mərkəzi Kəşfiyyat İdarəsinin Ermənistan üzrə məlumat bazasına əsasən, Ermənistanda 92,6 faiz insan erməni apostol kilsəsinə, 1 faiz isə yevangeliklərə aiddir. Ermənistan konstitusiyasının 18-ci maddəsinə görə, Ermənistan Müqəddəs Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında bir yerli kilsə kimi müstəsna missiyasını tanıyır. Kəmiyyət və ya keyfiyyət baxımından götürdükdə, Ermənistanda vicdan azadlığı, plüralizm obyektiv olaraq mövcud deyil, əksəriyyətin aid olduğu dini denominasiya isə ölkənin ali qanunu olan Konstitusiya ilə xüsusi statusa malikdir.

Bütün fakt, arqument və dəlillərdən belə bir nəticə çıxartmaq olar ki, Ermənistanın gənc demokratiya olması haqqında ideya gerçəkliyə antik miflərin fizika qanunları ilə uyğun olduğu qədər yaxındır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO