Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır ŞƏRH

Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır  ŞƏRH

Bakı, 17 may, AZƏRTAC

Demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amillərdən biri çoxpartiyalı sistemin təşəkkül tapması, partiyaların normal fəaliyyəti üçün sağlam mühitin yaradılması, bu qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, bu günümüzə və gələcəyə xidmət edən düşünülmüş, məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri siyasi islahatların dövrün tələbinə uyğun olaraq təkmilləşdirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olmasıdır. Bu mühüm məqamı qeyd etmək yerinə düşər ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı problemlər vətəndaş həmrəyliyinin olmaması faktını da təsdiqlədi. Mövcud siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan insanları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin vətəndaş birliyinin möhkəmləndirilməsi yönündə atdığı addımlar öz müsbət nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, eyni zamanda, postmünaqişə dövründə göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.

O vurğulayıb ki, ölkənin inkişafında siyasi partiyaların rolunun artırılması, demokratik təsisatların inkişaf etdirilməsi, hələ 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” Qanuna yeni sənədin qəbuluna qədər dövrün tələblərinə uyğun olaraq dəfələrlə əlavə və dəyişikliklərin edilməsi, siyasi partiyaların iqtisadi müstəqilliyinin təmin olunması üçün mühüm addımların atılması həyata keçirilən siyasi islahatların əsas tərkib hissəsidir. Ümummilli Lider hər bir demokratik cəmiyyətdə müxalifətin olmasını vacib amil kimi önə çəkərək bütün siyasi partiyalara fəaliyyətləri üçün eyni şəraitin yaradılmasına çağırışlar edir və bunu əməli fəaliyyəti ilə sübut edirdi. Təbii ki, burada söhbət konstruktiv müxalifətdən gedir. Radikallığı özlərinə fəaliyyət istiqaməti seçən qüvvələrin əməkdaşlığa maraq göstərmək, öz ambisiyalarını bir kənara qoyub dövlət maraqlarının müdafiəsinə çalışmaq barədə yalançı bəyanatları heç kimə inandırıcı təsir bağışlaya bilməz. Bunu 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi zamanı qaragüruhçu radikalların 50-dən artıq siyasi partiyanın dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edən Bəyanatına qoşulmamalarından, həmçinin tarixi Zəfərimizin reallıqlarının tələblərinə uyğun olaraq siyasi partiyalar arasında mütəmadi təşkil edilən dialoqlarda iştirak etməmələrindən də aydın görmək mümkündür. İqtidar-müxalifət münasibətlərinin sağlam təməl üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını təqdir edərək bildirdi ki, bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, yeni sənədin qəbulu, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin ayrılması və sair kimi mühüm məqamlar Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsini, sağlam dialoq mühitinin yaradılmasını təsdiqləyən addımlar sırasındadır. Bu gün ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır. Azərbaycanda siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, öz təsdiqini əlaqələrin inkişafında tapır. Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, iqtidarla siyasi partiyalar arasında siyasi dialoq mühitinin daha intensiv xarakter alması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yaradıldı. Adıçəkilən şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların birgə iştirakı əsasında müxtəlif mövzularda görüşlər təşkil edir. Bu görüşlərdə sağlam fikir mübadiləsi aparılır, demokratik şəraitdə hər bir siyasi partiyanın məsələyə yanaşması, mövqeyi açıqlanır. Bütün siyasi partiyaların irəli sürdükləri təkliflərə verilən dəyər iqtidar-müxalifət münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayır.

V.Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev xarici mətbuata çoxsaylı müsahibələrində də ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu təsdiqləyən faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı: “Prezident İlham Əliyev 2020-ci il oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı jurnalistin “Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı” sualına cavabında bildirmişdi ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar - siyasi fəaliyyət azadlığı, media azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub.

YAP Xətai rayon təşkilatının sədri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, iqtisadi və siyasi islahatların vəhdətinin qorunması ilə dayanıqlı inkişafımızdan geniş bəhs edib. Bildirib ki, hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin əsas tərkib hissəsidir. Qeyd etdiyim kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşləri bu qurumlar arasında həmrəyliyin möhkəmlənməsində, ölkədə siyasi dialoq mühitinin yaxşılaşmasında mühüm rol oynayır. Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüş də məhz bu məqsədə xidmət edən addım oldu. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirdi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, belə görüşlər, eyni zamanda, siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət edir. Sağlam əməkdaşlıq, milli həmrəylik sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdir.

Vüqar Rəhimzadə qeyd etdikləri əsasında belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqəti cəlb edir. Sağlam dialoq mühitinin daha da təkmilləşdirilməsi, siyasi partiyalar arasında əlaqələrin möhkəmləndirilməsi tarixi Zəfərimizin reallıqları əsasında müəyyənləşdirilən hədəflərə töhfələr verməyə geniş imkanlar yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır