SİYƏZƏNDƏ BAŞ VERMİŞ YOL-NƏQLİYYAT QƏZASINDA ÜÇ NƏFƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Quba yolunun 86-cı kilometrində, Siyəzən rayonunun Zarat kəndinin ərazisində Dəvəçi rayon sakini Vasif Bayramovun idarə etdiyi “VAZ-21074” markalı və Bakı sakini Nailə Ələkbərovanın idarə etdiyi “Honda” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə üç nəfər ölmüş, xəsarət almış hər iki sürücü və 5 sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Siyəzən Rayon Polis Şöbəsində hadisə ilə əlaqədar cinayət işi açılmışdır.
Qubanın İqrığ kəndində Şamaxı rayon sakini Alim Gülməmmədovun idarə etdiyi “Niva” markalı avtomaşını ağaca vurması bir nəfərin ölümünə səbəb olmuşdur.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]