Siyəzəndə dəmir yolundan oğurluq edən şəxslər saxlanılıb VİDEO
Siyəzən, 16 avqust, Elxan Yusifli, AZƏRTAC
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Elçin Cəfərov, Ağasi Ağasiyev və Asim Şükürullayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib. Həmin şəxs tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.
Faktla bağlı araşdırmalar aparılır.