REGİONLAR
Siyəzəndə yaradılan iş yerlərinin 76,7 faizi yeni müəssisə və təşkilatların payına düşüb
Siyəzən, 24 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunda 2023-cü ilin yanvar-mart aylarında 43 yeni iş yeri yaradılıb. Bu iş yerlərinin 76,7 faizi yeni yaradılmış, 23,3 faizi isə mövcud müəssisə və təşkilatların payına düşüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin 76,7 faizini emal sənayesi, 4,7 faizini suyun yığılması, təmizlənməsi və paylanması, 2,3 faizini avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış, 9,3 faizini memarlıq, mühəndis axtarışları: texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət, 7 faizini ictimai birliklərin (təşkilatların) fəaliyyət sahəsi təşkil edib.
Siyəzən rayonunda 2023-cü il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 6 min 416 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 3 min 555 nəfər, qeyri-dövlət sektorunda 2 min 861 nəfər təşkil edib.