“Smart Customs” ilin ən yaxşı mobil tətbiqi seçilib
Bakı,19 dekabr, AZƏRTAC
NETTY-2024 Azərbaycanın Milli İnternet Mükafatının 19-cu mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir. Bildirilir ki, Komitənin “Smart Customs” mobil tətbiqi "NETTY-2024" Azərbaycanın Milli İnternet Mükafatının “Dövlət və Elektron Hökumət” nominasiyası üzrə ilin ən yaxşı mobil tətbiqi seçilib.
“e-customs.gov.az” elektron portalı isə “ Dövlət və Elektron Hökumət” nominasiyası üzrə ilk üçlükdə yer alıb.
Müsabiqəyə təqdim edilən layihələr, NETTY Akademiyasının və ekspertlər şurasının üzvləri, həmçinin virtual jürilər tərəfindən dəyərləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]