Son 5 ildə Balakəndə ümumi məhsul buraxılışının həcmi 42 faiz artıb
Balakən, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında Balakən rayonu üzrə nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində son illər rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, rayon iqtisadiyyatı dinamik inkişaf edib, əhalinin rifahı yüksəlib. Belə ki, son 5 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 42 faiz artaraq 197 milyon manata çatıb. Həmin dövrdə sənayedə məhsul istehsalı 4,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 22,7 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, son 5 ildə balakənli sahibkarlara 95 layihə üzrə 2,6 milyon manat güzəştli kredit verilib, nəticədə 218 yeni iş yeri yaradılıb. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının istehalçılarına dövlət tərəfindən 1,9 milyon manat məbləğində yardım edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]