SON 6 AYDA SALYANDA 600 DAİMİ İŞ YERİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, son 6 ayda Salyanda 600 daimi iş yeri açılmışdır. Qeyd edilən dövrdə rayonda “Şirvan LTD” və “Azər-Çin” məhdud məsuliyyətli cəmiyyətlərinin Kərpic, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının konserv zavodları işə salınmış, “Salyan Plastik kütlə emalı” müəssisəsinin fəaliyyəti bərpa olunmuş, Olimpiya İdman Kompleksi və “Salyan” yardımçı stansiyasının inşası başa çatdırılmışdır. Yenikənd kəndində isitrahət mərkəzi, Salyan şəhərində “Şəhidlər” xiyabanı, Fövqəladə Hallar Nazirliyinin regional ofisi tikilmişdir. 5 min tamaşaçı tutan stadion yenidən qurulmuşdur. Rayonun Qardili kəndində 260, Təzəkənd kəndində 140 yerlik yeni məktəb binalarının inşası başa çatdırılmış, Yeni Uluxanlı kəndində isə 200 yerlik məktəbin bünövrəsi qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]