Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son on ildə ölkəmizdə 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib

Ötən dövr ərzində ekranlaşdırılan Azərbaycan filmləri
230-dan çox beynəlxalq film festivalında iştirak
edərək 146 mükafat qazanıb

Bakı, 6 avqust, AZƏRTAC

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəflərindən biri sosial sahədə önləyici inkişaf trendinin təmin edilməsi və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, ictimai həyatın bütün istiqamətlərində, eyni zamanda, mədəniyyət sahəsində yeni nailiyyətlərin əldə olunmasıdır. Bunları nəzərə alaraq Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahələrinə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin verdiyi göstəriş və tapşırıqlar, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurmuş, ölkədə mədəniyyət sahələrinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olmuşdur.

AZƏRTAC xəbər verir ki, 2010-2020-ci illər Azərbaycan kinematoqrafiyası üçün də bir çox uğurlarla yadda qalıb. Bu dövrdə kinonun inkişaf etdirilməsi, kino müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar kinonun bütün sahələri üzrə fəaliyyətin genişləndirilməsi təmin edilib.

Ötən 10 il ərində “Azərbaycanfilm” kinostudiyasında “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Bəşəriyyətin xilası” “Qisas almadan ölmə”, “Axırıncı dayanacaq”, “Axınla aşağı”, “Nabat”, “Eviniz abad” (“Köşk”), “Nar bağı”, Qarabağın səsi”, “Balaca əsgər”, “Daxildəki ada” və digər bədii, “İnikas”, “Sonuncu”, “Sirr”, “Qarabağın səsi” qısametrajlı, həmçinin “Tarın sədaları. Mansurovlar”, “Çempion” sənədli, “Rəqs”, “Soraq” (“Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” (“Protez”) adlı qısametrajlı bədii filmlər çəkilib.

Ötən dövr ərzində “Salnamə” sənədli filmlər studiyasında “Mən evimə qayıdıram”, “Mahmud və Məryəm” (Azərbaycan-Türkiyə) bədii filmləri, “Qafqaz qartalının uçuşu”, “15 ispaniyalı Bakıda” (Azərbaycan-İspaniya), “Əbədiyyət yolu”, “İz… Qala”, “Şərəf və vicdan”, “Parisdən məktublar”, “Lahıc etüdləri”, “Ömrümün simfoniyası”, “Müşketyor”, “Qalibiyyət”, “Vətən qeyrəti”, “Dağlar qoynunda şəhər” (“Lahıc etüdləri”), “Qafqazdan Appeninə”, “Nəğmə dolu bir ürəyəm” və başqa sənədli filmləri çəkilib. Eyni zamanda, “Salnamə” studiyasının alman kinematoqrafçıları ilə birgə çəkdiyi və XIX-XX əsrlərdə Azərbaycanda yaşamış almanların həyatına həsr olunan “Ümid yeri” sənədli filminin təqdimatı Almaniyada və Bakıda təşkil olunub.

“Mozalan”, “Azanfilm”, “Yaddaş”, “Debüt”, “Nərimanfilm” studiyaları tərəfindən “Natəmiz, təmiz və biz”, “Tırtıl”, “İt sərgisi”, “İlbizi niyə qonaq çağırmırlar”, “Ən güclü kimdir?”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” cizgi filmləri, “Əlvida, Şmidt!” tammetrajlı, “Onun ürəyi” qısametrajlı bədii filmləri, “223 Belqrad diviziyası”, “Musiqi və zaman”, “Qara oyunlar”, “Çövkən”, “Cənubda şimal küləyi”, “Medo Hollandiyadadır”, “Top həm düşər, həm qalxar”, “Səsin iziylə”, “Yaddaşın rəmzi. Quba1918”, “Yarımçıq gündəlik”, “Qədim yurdun daş salnaməsi”, “Qobustan” və s. sənədli filmləri çəkilib.

Eyni zamanda, kinostudiyalar tərəfindən Azərbaycanın Milli qəhrəmanları silsiləsindən onlarla ekran əsərinin istehsalı başa çatdırılaraq təhvil verilib.

Yeni filmlərimizi ölkə tamaşaçılarına təqdim etmək məqsədilə görülən tədbirlər çərçivəsində Azərbaycanın bir sıra bölgəsini əhatə edən Kino Həftəsi keçirilib.

Ötən dövr ərzində dövlət sifarişi ilə istehsal olunmuş bir neçə bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, Dubay, Rusiya və Ukraynada, Gürcüstan, Tatarıstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib.

Azərbaycanda Rusiya, Türkiyə, Özbək, Tacikistan, İran kinosu günləri təşkil olunub. Həmçinin Gürcüstan, Macarıstan, Türkiyə, Rusiya və bir sıra ölkələrdə Azərbaycan kinosu günləri keçirilib.

Ötən on il maraqlı kino premyeraları ilə də yadda qalıb. Bu illər ərzində rejissor Fikrət Əliyevin “Ölüm növbəsi”, İlqar Safatın “Sahə”, Çingiz Rəsulzadənin “Kuklalar”, Elxan Cəfərovun “Əlavə təsir”, “İki nəfər üçün moll”, “Dolu” bədii filmlərinin, rejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin, Ziya Şıxlinskinin “Qəlbin rəngləri”, Tahir Əliyevin “Qafqaz qartalının uçuşu” sənədli filmlərinin premyeraları keçirilib.

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və ictimai xadim Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Sübhün səfiri” bədii filminin Tbilisi şəhərində təqdimatı olub. “Azərbaycanfilm” kinostudiyasında Eldar Quliyevin çəkdiyi “İstanbul reysi” bədii filminin təqdimatı isə Heydər Əliyev Sarayında təşkil edilib. Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin ssenarisi əsasında Azərbaycan-Türkiyə birgə istehsalı olan “Mahmud və Məryəm” bədii filminin Qala gecəsi keçirilib. Ölkəmizdə təşkil olunan Beynəlxalq Turizm, Bakı Beynəlxalq İdman filmləri festivallarına onlarla ölkəni təmsil edən ekran əsərləri qatılıb.

2011-ci ildə 64-cü Beynəlxalq Kann kinofestivalında bir çox ölkənin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil olunub. Bundan sonra ardıcıl olaraq Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb.

Hesabat dövründə dövlət sifarişi ilə istehsal olunmuş bir neçə bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər Fransa, Çexiya, Danimarka, ABŞ, Rusiya, Ukrayna, Latviya, Moldova, Bolqarıstan, Makedoniya, Hindistan, Gürcüstan, Tatarıstan, Almaniya, Türkiyə, Estoniya, Özbəkistan və İranda keçirilən 25-dən artıq beynəlxalq kinofestivallarda nümayiş etdirilib.

2010-2020-ci illər ərzində kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də müəyyən işlər görülüb, filmlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq kino festivallarında ölkəmizi təmsil edib. “Sonuncu”, “Nabat”, “Axınla aşağı” və digər filmlərimiz ən mötəbər beynəlxalq festivallarda uğurla iştirak edib.

Ötən müddət ərzində özəl kino şirkətləri tərəfindən istehsal edilmiş “4 baş”, “De sən öl”, “Qaranlıq”, “Cekpot”, “Bəxt üzüyü 2”, “Qulyabani”, “Güləhməd”, “Bir xalanın sirri”, “Ağ tük”, “Qatillə görüş”, “Son nəfəsədək”, “İkinci güllə”, "Şollerin arxivi", "El qəhrəmanı", "Cümhuriyyətin 9 şəkli", "Hiyləgər axmaqlar", "ÇAO", "İtkin”, "61 qram", "Balta”, "2 mal", “Mübarizə”, “Qaragöz”, “Bəla”, “Taxta ayı”, “Əsgərlər unudulanda ölürlər”, “Fəlakət”, “Xüsusi təyinatlı İbad 2”, “Əngəl sərhəd tanımır” kimi tam və qısametrajlı bədii, sənədli və cizgi filmləri Dövlət Reyestrində qeydə alınaraq Yayım vəsiqəsi ilə təmin olunub.

Təkcə bir faktı qeyd edək ki, 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında "Fəryad-2" tammetrajlı bədii filminin, “Bizim kino” maarifləndirici qısa filmlər layihəsinin, "Biz" sənədli filminin, “Salnaməfilm” studiyasında "Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) - 44 günlük savaş" tammetrajlı sənədli filminin, “Azanfilm” studiyasında “Tıq-tıq və dostları möcüzələr axtarışında-2” animasiya filminin istehsalına başlanılıb. Bundan əlavə, nazirliyin dəstəyi ilə Qarabağ həqiqətlərini bu bölgədən olan insanların dilindən səmimi şəkildə əks etdirən “Qarabağnamə” adlı 9 ədəd videoçarx hazırlanaraq KİV-də və internet resurslarında yayımlanıb.

Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ötən dövr ərzində “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO