Sosial-İqtisadi Kollecin 60 illik yubileyi qeyd olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin təsis edilməsinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.
Tədbiri açan kollecin direktoru professor Mübariz Hacıbəyov təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Direktor bu təhsil müəssisəsinin respublikamızın sosial və iqtisadi inkişafında əhəmiyyətli rol oynadığını bildirib.
Ömrünün 40 ilini bu təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışan Sabir Süleymanov çıxışında ölkəmizin sosial-iqtisadi inkişafından söz açaraq son dövrlər aparılan uğurlu təhsil siyasətindən, Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Kollecin müəllimi Təranə Məmmədova çıxışında bildirib ki, bu təhsil müəssisəsi yarandığı gündən indiyədək dövrün tələblərinə, əmək bazarına uyğun kadrların hazırlanması vəzifəsini layiqincə yerinə yetirib.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam etdirilib.