Sosial könüllülər Ordubad rayonunda yaşayan tənha ahıllara baş çəkiblər
Ordubad, 10 noyabr, AZƏRTAC
Sosial könüllülər muxtar respublikanın Ordubad rayonunun ərazisində sosial xidmət göstərilən tənha ahıllara baş çəkib, onlara məişət işlərində kömək göstəriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq, könüllülər tənha ahıllara geyim və ləvazimatlar təqdim edib, zəruri mövsümi avadanlıqlarını quraşdırıblar.