Sosial sığorta daxilolmaları bu ilin 10 ayında 286,2 milyon manat artıb
Bakı, 18 noyabr, AZƏRTAC
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz və ya 286,2 milyon manat artım qeydə alınıb.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5 faiz, büdcə təşkilatları üzrə 4,4 faiz artıb.
Xatırladaq ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 380 milyon manat artaraq 4 372 milyon manat, xərcləri 3,7 faiz və ya 146 milyon manat artaraq 4 054 milyon manat təşkil edib. Fondun xərclərinin 97 faizi əhaliyə ödənişlərdən ibarət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]