Sosial sığorta hesabatlarının verilməsi qaydası təkmilləşdirilib
Bakı, 28 dekabr, AZƏRTAC
Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanunlara edilən dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin müvafiq maddələri məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunacaq.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, gələn ildən 2018-ci ilin 4-cü rübünə aid hesabatlar və 2019-cu ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq. Hesabatların qəbulu ilə yanaşı, yığım funksiyası da Vergilər Nazirliyinə verilib.
Bundan sonra, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri Vergilər Nazirliyi tərəfindən təmin olunacaq. Bununla bağlı bütün təşkilati işlər, o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması işləri başa çatmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]