Sosial xidmət müəssisələrindəki sağlamlıq imkanları məhdud uşaqlar növbəti reabilitasiya kursuna cəlb olunublar
Bakı, 17 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrindəki uşaqların tibbi-sosial reabilitasiyası işləri reabilitasiya mərkəzləri ilə birgə iş müstəvisində aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin uşaqlar nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində növbəti reabilitasiya kursuna cəlb olunublar.
Uşaqların cəlb olunduğu reabilitasiya proqramları ilk gün aparılan müayinə-qiymətləndirmənin nəticəsindən asılı olaraq fərdi plan üzrə müxtəlif tibbi və sosial reabilitasiya prosedurlarından ibarətdir.