Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər
Bakı, 6 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan sakinlərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin sosial və emosional rifahının dəstəklənməsindən ibarət olub.
Sakinlər “Arşın mal alan” tamaşasını səhnələşdiriblər, eləcə də musiqi və rəqs nömrələri nümayiş etdiriblər.