ŞOYQU VERTOLYOTUN QƏZAYA UĞRAMASINDA TERROR AKTI EHTİMALINI İSTİSNA EDİR
Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu Krasnoyarsk diyarının cənubunda Mi-8 vertolyotunun qəzaya uğramasında terror aktı ehtimalını tamamilə istisna edir. O, bunu jurnalistlərlə söhbətində bildirmişdir.
İTAR-TASS xəbər verir ki, nazirin sözlərinə görə, vertolyotun qəzaya uğramasında əsas ehtimal onun 110 kilovolt gərginlikli elektrik xəttinə dəyməsi olmuşdur. Vertolyot yerə dəyməmişdən əvvəl heyət üzvlərinin son sözləri də bunu təsdiq edir.
Sergey Şoyqu bildirmişdir ki, “qara qutular”ın şifrinin açılması başa çatdırılmışdır. Heyət üzvlərinin sözlərindən məlum olmuşdur ki, pilotlar marşrutun yaxınlığında elektrik xətləri olduğunu bilirdilər. Lakin uçuş zamanı səmt kimi şose yolu əsas götürmüşdülər. Vertolyotun mühərrikləri də son ana qədər ahəngdar işləmişdir.
Vertolyotun qəzaya uğraması səbəblərini araşdıran komissiya Krasnoyarskda öz işini başa çatdırmışdır.
Mi-8 vertolyotu aprelin 28-də Krasnoyarsk diyarının cənubunda qəzaya uğramışdır. Vertolyotda olan 20 nəfərdən 8-i, o cümlədən Krasnoyarsk diyarının qubernatoru Aleksandr Lebed həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]