Standartlaşdırma İnstitutu on ayda 40 yeni dövlət standartı qəbul edib
Bakı, 11 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu 40 yeni dövlət standartı qəbul edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, on ayda aqrar və qida sahəsi üzrə 16, standartlaşdırma sisteminin əsasverici standartlarının yenilənməsi üzrə 3, layihə, proqram və portfelin idarəedilməsi üzrə 2, qiymətli metallar və qiymətli daşlar üzrə 2, idarəetmə sistemləri sahəsi üzrə 2, informasiya texnologiyaları sahəsi üzrə 3, xidmət sahəsi üzrə 2, COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində 1, neft sahəsi üzrə 6, ekologiya sahəsi üzrə 1, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə 1 və qadın sahibkarlığının inkişafının təşviq edilməsi üzrə 1 dövlət standartı qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]