STRASBURQDA NOVRUZ BAYRAMI QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi Strasburqda Novruz bayramı münasibətilə təntənəli tədbir keçirmişdir.
Nümayəndəliyin rəhbəri, səfir Aqşin Mehdiyev iştirakçıları və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, baharın gəlişindən xəbər verən bu bayramın xalqımızın həyatında xüsusi yer tutduğunu vurğulamışdır.
Mərasimdə milli mətbəximizin ləziz yeməkləri, bayram şirniyyatları ilə bəzədilmiş süfrə açılmışdır.
Tədbirdə nümayəndəliyin əməkdaşları, Strasburqda təhsil alan tələbələrimiz, bu şəhərdə yaşayan azərbaycanlılar, həmçinin bir sıra əcnəbi qonaqlar iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]