Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji hədəflərə doğru: Prezidentin andiçmə mərasimindəki nitqinin əsas tezisləri

Strateji hədəflərə doğru: Prezidentin andiçmə mərasimindəki nitqinin əsas tezisləri

Azərbaycanda növbəti dəfə Prezident seçilən İlham Əliyevin parlamentdə andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitqini ekspertlər böyük maraqla qarşılayıb. Dövlət başçısı xeyli sayda yeni çox dəyərli tezislər səsləndirib, dərin təhlillər aparıb. İlham Əliyev Azərbaycanın son 15 ildə dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi siyasətin geniş və əhatəli təhlilini verib. Həmin kontekstdə əldə edilən uğurların səbəblərini göstərib. Azərbaycanın daxili və xarici siyasətinin bir sıra mühüm aspektlərini ifadə edib. Bunlarla yanaşı, beynəlxalq aləmdə ölkəmizin getdikcə artan nüfuzundan bəhs edib və qarşıda dayanan perspektivləri vurğulayıb. Ölkə rəhbəri dövlətimizin əldə etdiyi bütün uğurların kökündə müstəqilliyə qovuşmağımızın dayandığını diqqətə çatdırıb. Müstəqilliyin nə demək olduğunu Azərbaycan xalqı yaxşı başa düşür və onu heç zaman əldən verməz. Bu kimi məsələlərlə əlaqədar Prezidentin ifadə etdiyi fikirlər üzərində bir qədər geniş dayanmaq istərdik.

Müstəqil dövlət quruculuğu: Azərbaycan modelinin üstünlükləri

Müstəqil dövlət quruculuğunun xüsusi siyasi ustalıq tələb etdiyi mütəxəssislər üçün çoxdan aydındır. Burada söz demək yetərli deyil, əməldə hər şeyi sübut etmək zəruridir. Dövlət quruculuğu konkret fakt tələb edir - real uğurlar olmalıdır. Keçmiş sovet məkanında müstəqilliyini əldə etmiş ölkələrə qısa ümumi nəzər salsaq, ifadə etmək istədiyimiz fikrə daha konkret məzmun verə bilərik.

Rusiya, Qazaxıstan və Belarus müsbət istiqamətdə dövlət quruculuğu prosesi aparırlar. Burada Rusiya hətta istisnadır, çünki o, əsrlərdir mövcud olan imperiyanın varisidir. Həqiqət budur. Mərkəzi Asiyanın digər dövlətləri qarşısında dövlət quruculuğu aspektində hələ çox vəzifələr dayanır və orada tam aydınlıq yoxdur. Ukrayna od içindədir. Moldovada siyasi mühit qeyri-müəyyəndir, orada qüvvələr arasında ziddiyyətlər az deyil. Gürcüstan iki bölgəsini itirib və geosiyasi seçimində birtərəfli mövqe tutduğu hamıya məlumdur. Bu yolla getsə, ən böyük qonşusu olan Rusiya ilə münasibətlərin gələcək taleyi sual altına düşə bilər.

Ermənistan müstəqil dövlət quruculuğu prosesini ən pis forma və məzmunda aparan ölkə kimi tanınmaqdadır. Real olaraq onu Rusiyanın forpostu hesab edirlər və bunda haqlıdırlar. Ermənistan hakimiyyətinin yeritdiyi daxili və xarici siyasət tam iflasa uğrayıb. İndi bu qondarma dövlət iğtişaşlar içindədir. Bir zamanlar monolitliyi ilə öyünən erməni cəmiyyəti indi bir-birini didən siyasi qüvvələrin meydanına çevrilib. Onların hər biri xalqın adından danışırlar. Belə çıxır ki, əslində, Ermənistanda xalq deyilən bir məfhum yoxdur - kütlə, kim hara itələyir, ora gedir. Cənubi Qafqazda vassal dövlət olan Ermənistanda müstəqil dövlət quruculuğu baş tutmayıb.

Azərbaycanda isə dövlət quruculuğu prosesində tamamilə fərqli nəticələr əldə edilib. Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, ən ağır daxili siyasi və geosiyasi vəziyyətdən nəinki çıxa bilib, hətta başqaları üçün nümunə ola biləcək müstəqil dövlət quruculuğu kursu müəyyənləşdirib. Doğrudan da Azərbaycan qədər bu məkanın elə bir ikinci ölkəsi yoxdur ki, total surətdə xarici təcavüzə məruz qalsın. Forpost Ermənistanı dünyanın böyük dövlətləri Azərbaycanın üstünə saldılar. Qısa müddətdə ölkənin 20 faiz ərazisi işğal edildi. Hətta düşmənin planlarında Azərbaycanı parçalamaq kimi qəddar elementlər varmış.

Lakin Azərbaycan xalqı yüksək iradə və müdriklik nümayiş etdirərək öz xilaskarını düzgün müəyyənləşdirdi. Xalqın təkidi ilə ulu öndər Heydər Əliyev dövlətə yenidən rəhbərlik etməyə başladı. Heydər Əliyev müstəqil dövlət quruculuğu kursunu ən incə məqamlarına qədər hazırladı və sistemli olaraq həyata keçirməyə başladı. Ulu öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev böyük uğurla davam etdirir.

Hazırda Azərbaycan müstəqil dövlət quruculuğunun bütün sahələri üzrə böyük uğurlar əldə etmiş ölkədir. Sosial, siyasi, hərbi, iqtisadi, enerji, regional və qlobal əməkdaşlıq, yeni əlaqələr infrastrukturunun yaradılması, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi və digər sahələrdə Azərbaycan rəhbərliyi konkret proqramlar həyata keçirir və bu proses bütün sürəti ilə davam edir. Görülən işlərin miqyası elədir ki, o barədə geniş analizlər aparmağa ehtiyac vardır. Çünki Azərbaycan təcrübəsi bütün dünya üçün maraqlıdır. Bu səbəbdən həmin mövzuya dəfələrlə qayıtmaq lazım gəlir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində söylədiyi nitq bu baxımdan olduqca əhəmiyyətlidir. Dövlət başçısı çıxışı zamanı son 15 ildə dövlət quruculuğunun bütün sahələri üzrə əldə edilən nailiyyətlər haqqında dolğun və maraqlı surətdə fikirlərini ifadə edib. Orada ifadə olunan bir sıra tezislərin təhlili dövlət quruculuğu kursunun əsas məqamlarını dərk etməyə yardımçı ola bilər (bax: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi / AZƏRTAC, 18 aprel 2018).

Xalq və lider: siyasətçinin güc mənbəyi

Prezident İlham Əliyev nitqinə çox əhəmiyyətli bir məqamla başlayıb. Dövlət başçısı fəaliyyətində ona böyük güc verən qüvvəni açıq ifadə edib. Prezident deyib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" (bax: əvvəlki mənbəyə). Bu fikir faktiki olaraq İlham Əliyevin səmərəli fəaliyyətinin başlıca səbəbini açır. Prezident öz xalqına güvənir, ona xidmət edir və bu səbəbdən xalqdan daim dəstək görür. Siyasətçinin ilham mənbəyi xalq olanda gücü birə min artır, çünki bilir ki, arxasında bütün cəmiyyət dayanıb. Bu fikir həm də bir sıra siyasətçilərin yanlış yol seçdiyini təsdiqləyir.

Biz, xaricdəki müəyyən dairələrdən göstəriş alıb, onların verdikləri qrantlar hesabına hakimiyyətə gəlmək xülyasına düşənləri nəzərdə tuturuq. Bu yolla ölkəyə rəhbərlik etməyin sonu həmişə faciədir. Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəllərində həmin acı təcrübəni yaşadı. Həmin vəziyyətin bir daha təkrar olunmasına xalq imkan verməz. İlham Əliyev bununla bağlı nitqində vurğulayıb: "Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun" (bax: əvvəlki mənbəyə).

Bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz iradəsi hesabına müstəqil dövlətçiliyi qoruyur və dövlət başçısının fəaliyyətinə tam dəstək verir. Heç bir kənar qüvvə xalqı bu yolundan döndərə bilməz. Seçicilər hər şeydən öncə tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs veriblər. Cəmiyyət görülən işlərə müdrikcəsinə yüksək qiymət verib. Seçkilər isə tam ədalətli və şəffaf keçib. Bunu həm seçkinin nəticəsi ilə bu prosesdən əvvəl yerli və beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularının göstəriciləri, həm də müşahidəçilərin fikirləri sübut edir. "Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir" (bax: əvvəlki mənbəyə). Dövlət başçısının bu fikri Azərbaycan cəmiyyətinin daha dərində olan bir xüsusiyyətini əks etdirir.

Məsələ ondan ibarətdir ki, xalq təsadüfən İlham Əliyevə etimad göstərmir. Hələ 2003-cü ildə, prezident seçkiləri ərəfəsində İlham Əliyev demişdi ki, "əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm" (bax: əvvəlki mənbəyə). İlham Əliyev sözünə əməl etdi, xalq ona inandı və dəstəklədi. Yəni, lider verdiyi sözə konkret əməl edir, daim müstəqil dövlətçiliyin inkişafı üçün çalışır, həmin səbəbdən də bütün cəmiyyət ona etibar edir. Buradan məntiqi nəticə alınır ki, Azərbaycanda xalqla iqtidar vəhdətdədir. İlham Əliyev vədinə həmişə dəqiq əməl edən dürüst siyasi lider imicini qazanıb və cəmiyyət də bunu obyektiv qiymətləndirib. Bütün bunların nəticəsidir ki, "Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur" (bax: əvvəlki mənbəyə).

Uğurlar: daxili və xarici faktorların işığında

Təbii ki, son 15 ildə qazanılan uğurlar haqqında çox faktlar gətirmək olar. Prezident İlham Əliyev onları qısa və dəqiq formada nitqində ifadə edib. Əldə edilən nailiyyətlər daxili siyasətin bütün aspektlərini, xarici siyasətin istiqamətlərini və təhlükəsizliyin təmini məsələsini əhatə edir. İqtisadi sferada sürətli inkişaf baş verib. Qeyri-neft sektorunun inkişafı prosesi sürətlənib və daha geniş miqyas alıb. Əhalinin rifah halı xeyli yaxşılaşıb. Əmək haqları və pensiyalar artırılıb. Bir-birinin ardınca strateji əhəmiyyətli enerji layihələri reallaşdırılıb. Azərbaycan faktiki olaraq Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. Qərb-Şərq, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir.

Bunlardan başqa, əhalinin sosial müdafiəsində, insan haqlarının qorunmasında və multikultural mühitin yaradılmasında Azərbaycan uğurlu addımlar atıb. Bunların nəticəsində inkişaf üçün əsas təminat olan daxili sabitlik yaradılıb. Sabitlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Çünki həmişə kənardan təsirlər nəticəsində cəmiyyətdə tarazlıq pozulur və ölkəni inkişafdan yayındıran vəziyyət yaranır.

Bu bağlılıqda Prezident İlham Əliyev konkret fikir ifadə edib. Dövlət başçısı nitqində vurğulayıb: "Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür" (bax: əvvəlki mənbəyə).

Prezidentin bu fikirlərini təsdiq edən kifayət qədər faktlar vardır. Məsələn, hazırda Suriya və İraqda baş verənləri görürük. Başqa regionlarda da bir ölkənin vətəndaşları bir-birlərinə qarşı silah işlədirlər. Son illərdə Avropada belə qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri baş verib. Son olaraq Ermənistanda insanlar küçələrə axışıb Serj Sarkisyanın istefasını tələb edirdilər. Artıq özünü "lider" adlandıran bu adam istefa verib. Bir qədər əvvəl isə ağızdolusu uğurlarından, dövlət quruculuğundan dəm vururdu. Deyirdi ki, Ermənistanı təhlükəsiz inkişaf xəttinə çıxarmadan vəzifədən ayrılmayacaq. İstefa isə onu göstərdi ki, S.Sarkisyan haqsızdır. Özü də bunu etiraf edib. Deməli, Dağlıq Qarabağla indiyə qədər dedikləri də haqsızlıqdan başqa bir şey deyildir.

Bunlar bir daha göstərir ki, daxili sabitliyi təmin etmək və onu davamlı prosesə çevirmək müdrik siyasət tələb edir. Hər hansı ölkədə sabitliyin təminatçısı xalqla iqtidarın birliyidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev ayrıca vurğulayır ki, "Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir" (bax: əvvəlki mənbəyə).

Siyasi mübarizə mədəniyyəti və milli ideya: Azərbaycanın nailiyyəti

Bu bağlılıqda dövlət başçısının da xüsusi qeyd etdiyi bir məqamı vurğulamaq yerinə düşərdi. Daxili sabitliyin davamlı olmasında siyasi mübarizə mədəniyyətinin mövcudluğu ciddi əhəmiyyət kəsb edir. Son 15 il ərzində bu istiqamətdə də xeyli irəliləyiş müşahidə edilib. İlham Əliyev ayrıca qeyd edib ki, son prezident seçkiləri də bunu təsdiq edib. Ölkə rəhbəri konkret olaraq ifadə edib: "Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm" (bax: əvvəlki mənbəyə).

Burada hər şeydən öncə, Azərbaycan Prezidentinin yüksək siyasi mədəniyyətə malik olduğu bir daha təsdiqini tapıb. Dövlət başçısı rəqibi olan namizədlərin tənqidi fikirlərini alqışlayır və onu müsbət hal kimi qiymətləndirir! Prezident həmin fikirlərə diqqətlə baxacağını və dəyərli olanları nəzərə alacağını açıq bəyan edir. Bu, demokratiyadır. Prezident İlham Əliyevin sağlam tənqidə və dəyərli təkliflərə tam açıq olduğunu göstərir.

Cəmiyyətdə müsbət dəyişikliklərin baş verməsinin siyasi idarəetmə ilə yanaşı, ideoloji əsasları da vardır. Azərbaycan xalqının birlik nümayiş etdirməsində milli ideologiyanın əvəzsiz rolu olub. Prezident İlham Əliyev bu məqamı da ayrıca vurğulayıb və deyib ki, azərbaycançılıq məfkurəsi ölkədə tam bərqərar olub və "Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib". O cümlədən Azərbaycanda dinlər və millətlərarası münasibətlər daxili sosial və mənəvi harmoniyanı təmin etməkdədir. Ölkədə yaşayan insanlar bir ailə kimi mehribanlıq şəraitində yaşayırlar.

Şübhə yoxdur ki, bundan sonra da belə olacaqdır. Prezident İlham Əliyevin siyasəti bu istiqamətdə uğurlu addımlar atmağa bundan sonra da imkan yaradacaq. Dövlət başçısı həmin istiqamətdə qətiyyətli olduğunu nitqində konkret fikirlərlə ifadə edib: "…Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri elan olunmuşdur" (bax: əvvəlki mənbəyə).

Müstəqillik və xarici siyasət: Prezidentin müdrikliyi və qətiyyəti

Daxili siyasətdə əldə edilən bu nailiyyətlər xarici siyasət sahəsində qazanılan uğurlarla bir vəhdət təşkil edir. 15 ildə Azərbaycan xarici siyasətin bütün prioritet istiqamətləri üzrə böyük nailiyyətlər əldə edib. Bunu sübut edən çoxlu sayda faktlar mövcuddur. Təsadüfi deyildir ki, indi Azərbaycanın çox müsbət beynəlxalq reputasiyası vardır. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul ediblər.

Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti çox geniş olub, getdikcə daha da intensivləşir və dərinləşir. Bu bağlılıqda dünyanın 155 ölkəsinin Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasına üzv seçməsi ayrıca yer tutur. Haqlı olaraq dövlət başçısı bunu Azərbaycan diplomatiyasının böyük uğuru adlandırır. Çünki "bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir" (bax: əvvəlki mənbəyə).

Xarici siyasətdə əldə edilən digər nailiyyət Azərbaycanın yeni regional əməkdaşlıq formatları təklif etməsi ilə bağlıdır. Burada Prezidentin vurğuladığı kimi, əsas məntiq ondan ibarətdir ki, ikitərəfli əməkdaşlığa elə məzmun vermək gərəkdir ki, çoxtərəfli əməkdaşlığa şərait yaransın. Prezident İlham Əliyev irəli sürdüyü yeni əməkdaşlıq formatları ilə bunu tam təsdiq edib. Üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları daha geniş miqyasda əməkdaşlıq üçün münbit zəmin hazırlayıb. Dövlət başçısı bununla bağlı deyib: "Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir" (bax: əvvəlki mənbəyə).

Azərbaycan rəhbərliyinin aktiv diplomatik addımları ölkənin "Yeni İpək Yolu" layihəsinin əsas iştirakçı dövlətlərindən biri olmasını təmin edib. Hazırda bu layihə çərçivəsində konkret işlər həyata keçirilir. Bundan sonra da həmin istiqamətdə Azərbaycanın fəaliyyətini inkişaf etdirəcəyinə şübhə yoxdur.

Bütün bunların fonunda Prezident İlham Əliyevin daha bir fikri çox dəyərli və aktualdır. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsinin mühüm şərt olduğunu bir daha diqqətə çatdırıb. Bu mənada Azərbaycanın ərazi bütövlüyü məsələsi heç cür müzakirə mövzusu ola bilməz. Hətta Prezident İlham Əliyev məsələni daha geniş kontekstdə qoyub. Ölkə rəhbəri qətiyyətlə bəyan edib: "Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir" (bax: əvvəlki mənbəyə).

Şübhə yoxdur ki, bu fikirləri ilə İlham Əliyev hər bir sözünün arxasında durduğunu bir daha dünyaya bəyan edir. Bir qədər əvvəl İrəvanın Azərbaycan şəhəri olduğu barədə fikir bildirmişdi və ona bir sıra dairələr çox təlaşlı reaksiya vermişdilər. İndi dövlət başçısı daha geniş aspektdə məsələyə yanaşaraq, əslində, bütövlükdə Ermənistanın Azərbaycan torpaqları üzərində yaradıldığını bəyan edir. Bu, bu qondarma dövlətin kim tərəfindən və hansı məqsədlərlə yaradıldığı sualını da ortaya atır. Tarix elmi bu kimi suallara cavab tapmalıdır. Yəni, həmin mövzuda elmi cəhətdən tutarlı tədqiqatlar davam etdirilməlidir. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər elmi cəhətdən sübut olunmuş faktlara əsaslanır. Deməli, Azərbaycan öz tarixi və təbii haqlarını tələb etməkdə israrlıdır. Dövlət başçısının bu cür mövqeni qətiyyətlə ortaya qoyması və bunu andiçmə mərasimində ifadə etməsi ayrıca qürurverici haldır! Təbii ki, xalq belə rəhbərini daim dəstəkləyər və ona güc verər!

Nəhayət, Prezident nitqini olduqca əhəmiyyətli bir ideya ilə yekunlaşdırıb. Prezident İlham Əliyev əldə edilən hər bir uğurun kökündə Azərbaycanın müstəqil olmasının durduğunu xüsusi qeyd edib. Azərbaycan xalqı müstəqilliyin üstünlüklərini əyani olaraq görür. Buna görə də "Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik" (bax: əvvəlki mənbəyə).

Bu cür müdrik ideyalarına görə, bizə Azərbaycan Prezidenti İlham Əliyevi alqışlamaq və onun tapşırıqlarını, tövsiyələrini dəqiq yerinə yetirmək qalır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH