Stritbol üzrə turnir keçirilib
Bakı, 17 avqust, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 1999-2001-ci və 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, oyunlar Səbail rayonundakı 91 nömrəli tam orta məktəbin idman meydançasında keçirilib.
Yarışda hər yaş qrupu üzrə 12 komandanın tərkibində 72 nəfər iştirak edib. 1999-2001-ci il təvəllüdlülər arasında yarışda birinci yeri Bayıl, ikinci Səbail, üçüncü yeri isə “Qalib” komandaları tutublar. 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında yarışda isə ilk üç yerdə “Sahil”, “Bakı” və “Xudafərin” komandaları qərarlaşıblar.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.