“Styaua”–“Slovan” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanlı FIFA referisi Əlyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Styaua” (Rumınya) -“Slovan” matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orxan Məmmədov isə dördüncü hakim qismində kömək edəcəklər.
İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 24-də Rumıniyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]