“Su ehtiyatlarında gələcəyə baxış və Türk dövlətlərində davamlılıq üçün əməkdaşlıq” - hesabat
Bakı, 5 noyabr, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası su ehtiyatlarının mövcud vəziyyətini təhlil edərək onlardan səmərəli istifadə üçün strateji həllər təklif edən “Su ehtiyatlarında gələcəyə baxış və Türk dövlətlərində davamlılıq üçün əməkdaşlıq” adlı regional icmal hesabatını dərc edib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, nəşrdə su problemləri, su qıtlığı və iqlim dəyişikliyinin təsirləri ilə bağlı Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə fəaliyyətin vacibliyi qeyd olunub. Kənd təsərrüfatı, sənaye və ekologiya üçün su ehtiyatlarını balanslaşdıran resurs idarəçiliyi yanaşması təklif edilib.
Bundan başqa, hesabatda dəqiq məlumatların toplanması və ortaq rəqəmsal monitorinq sisteminin yaradılmasının zəruriliyi vurğulanıb. Həmçinin yeni nəşr milli proqramların əlaqələndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi üçün tövsiyələri ehtiva edir.
Hesabat ekoloji cəhətdən davamlı gələcək yaratmaq məqsədi daşıyan “Türk dünyasına baxiş – 2040” proqramının məqsədlərinə uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]