Azərbaycan Dövlət İnformasiya Agentliyi

SÜLEYMAN DƏMİRƏL: HEYDƏR ƏLİYEV TÜRK DÜNYASININ SİYASƏT VƏ DÖVLƏT DAHİSİDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 9-da Ankaradakı “Şeraton” hotelində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə ümummilli liderimiz, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevi anım günü keçirilmişdir.

Mərasimə toplaşanlar ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün nurlu xatirələrini bir dəqiqəlik sükutla andılar. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Azərbaycan Televiziyasının böyük dövlət xadiminin siyasi fəaliyyətindən bəhs edən “Əbədi zirvə” filmi nümayiş etdirildi.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Heydər Əliyevin Vəqfin fəxri sədri olduğunu xatırlatdı, xalqlarımızın öz öndərlərini əbədiyyətə qovuşduqdan sonra da ehtiramla andığını söylədi. O, bugünkü tədbirin də türk dünyasına misilsiz töhfələr vermiş dahi şəxsiyyətin xatirəsinə böyük ehtiramın əlaməti olduğunu bildirdi.

Ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov çıxışında vurğuladı ki, 15 il öncə müstəqilliyinə yenidən qovuşan Azərbaycan dövləti və xalqı məhz Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində hazırda özünün daxili və xarici siyasəti, inkişaf edən iqtisadiyyatı ilə dünyanın diqqət mərkəzindədir. Ümummilli liderimizin bizlərə miras qoyduğu ən böyük və kamil əsər Azərbaycan dövləti və türkçülükdür. “Bir millət, iki dövlət” kəlamı ilə Azərbaycan-Türkiyə əlaqələrinin tərifini vermiş ulu öndərin əsasını qoyduğu layihələr xalqlarımızın rifahına xidmət edir və hələ uzun illər bundan sonra da edəcəkdir. Günbəgün inkişaf edən, təməli müdrik siyasətçi tərəfindən qoyulan əlaqələrimizi hazırda Prezident İlham Əliyev böyük uğurla davam etdirməkdədir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Haluk İpək bildirdi ki, hər bir ölkənin yaşadığı tarixi proseslərin ən mühüm anında düşünülmüş dövlət siyasəti yeridildikdə, o xalqın gələcəyi daha gözəl olur. Tarix göstərmişdir ki, millətlərin bu çətin anlarında dahi dövlət adamları meydana çıxır və onlara yol göstərirlər. Heydər Əliyev də belə bir dövrdə Azərbaycanın xilaskarı olmuş, ölkənin dünyada müstəqil dövlət kimi tanınmasını, Qafqazın parlayan ulduzuna çevrilməsini təmin etmişdir. Türk dünyasının dahi şəxsiyyətinin siyasəti bu gün də Azərbaycanın tərəqqisinə yol göstərməkdədir. Bakı-Tbilisi-Ceyhan kəməri bu müdrik siyasətin bir nümunəsidir. Heydər Əliyevin bu mühüm layihənin həyata keçirilməsinə dair qərarı dövlətlərin enerji strategiyasına təsir göstərməkdə, türk və Azərbaycan xalqlarının qardaşlığını möhkəmləndirməkdədir. Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı Azərbaycan və Türkiyə xalqlarına belə bir nəsihətdir: siz qardaşsınız, yaxşı və çətin gündə birlikdə olun, bir-birinizə dəstək olun. Sizin əlaqələriniz başqa xalqlar və dövlətlərlə münasibətlərdən daha yüksəkdə olmalıdır.

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ulu öndərimizin xatirəsinə həsr olunmuş anım günündə iştirak etdiklərinə görə Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirələ və türk dünyasının tanınmış şəxsiyyəti, professor İhsan Doğramacıya Azərbaycan hökuməti adından minnətdarlığını bildirdi. O dedi ki, Azərbaycan xalqının fikrincə, milli liderimizin anım gününün keçiriləcəyi iki ölkədən biri məhz Türkiyə olmalıdır, çünki Heydər Əliyev hər zaman Türkiyəni Azərbaycan xalqının ikinci dövləti hesab edirdi. Bu gün onun “bir millət, iki dövlət” formulu ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” formulu ilə birlikdə frazeoloji atalar məsəlinə çevrilərək, xalqlarımızın birliyini yönəldən düşüncə, iradə tərzinə çevrilmişdir. “Tanrı millətin liderinin taleyini yazır, millətin lideri isə öz xalqının taleyini yazır” deyən Əli Həsənov bildirdi ki, o millətlər dünyada layiqli yerini tapır və tərəqqi əldə edir ki, onların öz milli lideri olur. Bu baxımdan Azərbaycan xalqı da xoşbəxtdir. Ona görə ki, onun ən çətin vəziyyətində Heydər Əliyev kimi ulu öndər yenidən siyasət meydanına çıxdı, xalqı arxasınca apararaq, dünya xalqları sırasında öncül mövqelərə çatdırdı. Heydər Əliyev öz xalqının güclü və gözəl bir millətçisi idi. Onun millətçiliyi sərhədlərin qapanması və içimizə qapılmaq anlamı deyil, əksinə, dünyanın ən mükəmməl texnologiyalarını, nailiyyətlərini ölkəmizə gətirmək, Azərbaycanın ən yaxşı dəyərlərini dünyaya tanıtmaq məqsədi daşıyırdı. Gələcək nəsillər türk dünyasının taleyində əvəzsiz rolu olan Atatürkü, Heydər Əliyevi, Süleyman Dəmirəli və digər şəxsiyyətləri daim ürəklərində yaşadacaq və onlardan nümunə götürəcəklər.

Türk dünyasının tanınmış şəxsiyyəti, Azərbaycanın sədaqətli dostu, professor İhsan Doğramacı ulu öndərlə görüşlərindən ətraflı bəhs edərək, Atatürkün Türkiyə, Heydər Əliyevin isə Azərbaycan üçün Allahın bir lütfü olduğunu söylədi. Ümummilli liderimizlə ilk görüşünün 1992-ci il iyunun 2-də olduğunu xatırladan İhsan Doğramacı onunla hər söhbətində bu dahi şəxsiyyətin Vətən sevgisinə, öz milləti ilə qürur duyduğuna heyran qaldığını dedi. Heydər Əliyevin türk yazıçıları Namiq Kamal, Rəşad Nuri Güntəkin və digərlərinin əsərlərini uşaqlıqdan sevə-sevə oxuduğuna, onun türk dünyasına bəslədiyi məhəbbətə də heyran qaldığını bildirən cənab Doğramacı bu məhəbbətin dahi şəxsiyyətin siyasi fəaliyyətinə də təsir göstərdiyini söylədi.

Türkiyənin 9-cu Prezidenti, ulu öndərimizin dostu və qardaşı Süleyman Dəmirəl çıxışında dedi: “Bu gün burada mənim əziz dostum və qardaşım mərhum Heydər Əliyevin xatirəsi anıldı, onun haqqında çox gözəl sözlər söyləndi. Böyük dövlət və siyasət adamı, böyük insan, türk dünyasının siyasət və dövlət dahisi Heydər Əliyevin xatirəsini rəhmət və şükranla anırıq. Onu sevgi və həsrətlə arayırıq. Qəhrəmanları, böyük insanları, şəxsiyyətləri zaman meydana çıxarır. Onlar siyasi şəraitə uyğun olaraq, xalqı çətin vəziyyətdən xilas edir, ona öndərlik edirlər. Böyük dövlət adamı, əziz qardaşım Heydər Əliyev Azərbaycanda daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi olan bir şəraitdə siyasi səhnəyə çıxmışdır. Onun zəngin siyasi təcrübəsi ölkəni bu ağır vəziyyətdən qurtarmağa imkan verdi”.

Azərbaycanın 163 il Rusiyanın tərkibində olduğunu xatırladan Süleyman Dəmirəl xalqımızın dilini, dinini, tarixi ənənələrini qoruyub saxladığını, ölkəmizin bir yüksək mədəniyyətin təmsilçisi olduğunu söylədi. O dedi: “Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran əsas vəzifə bu dəfə yüksələn bayrağın enməməsi idi. Bu bayrağı kim daşısaydı, qəhrəman da o olacaqdı. Bu, Heydər Əliyevin tarixi missiyası idi. Fövqəladə çətinliklərə rəğmən böyük qəhrəmanlıq nümunəsi göstərən dahi şəxsiyyət, o bayrağı əbədi yüksəklərdə tutdu, Azərbaycanı dünyaya bir türk dövləti kimi tanıtdı. Mən bütün bu çətinliklərin içində olduğum üçün, indi də onları düşündükcə tərləyirəm. Mən Heydər Əliyev Naxçıvanda ikən ondan Azərbaycana niyə gəldiyini soruşdum. O dedi: “Mən doğulduğum yerdə xalqıma xidmət etmək istədim, başqa yerdə bunu edə bilməzdim. Cünki mən bir türkəm. Bunu söylədikdən sonra mən onu daha çox sevdim. Heydər Əliyev mənim gördüyüm dövlət adamları arasında Atatürkü ən çox sevən bir insan idi. O deyirdi ki, Azərbaycan mənim nəfəsimdir. Bu sözləri deyən insanı kim sevməz? Heydər Əliyev Vətən atəşinin istisi ilə yaşayırdı. Azərbaycan öz diyarım, babalarımın və övladlarımım yuvası, ilk sevgim və son mənzilimdir. Torpağından var oldum, torpağına qarışacağım deyirdi. İndi o, Azərbaycandakı möhtəşəm qəbiristanlıqda Xəzər dənizinin bəzən gur, bəzən də sakit dalğalarına baxaraq uyuyur. Heydər Əliyev “Vətən mənim şöhrətim, şanım, sevincim, qürurum, əzəmətimdir” deyərdi. Azərbaycanı belə sevən bir insanı Azərbaycan da əbədiyyətə qədər sevəcəkdir”.

Mərasimdə çıxış edən Milli Məclisin deputatları Zeynəb Xanlarova, Fəttah Heydərov və Abel Məhərrəmov da ulu öndərimizin xilaskarlıq missiyasını cəsarətlə yerinə yetirməsindən, onun həyat və fəaliyyətindən bəhs etdilər.

Anım günündə Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş Azərbaycan dərnəklərinin rəhbərləri, millət vəkilləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub