“SÜLEYMAN ƏLƏSGƏROV XATİRƏLƏRDƏ” KİTABININ TƏODİMATI
İyunun 6-da dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun ev -muzeyində musiqişünas Səadət Təhmirazqızının “Süleyman Əlsgərov xatirələrdə” kitabının təqdimat mərasimi keçirilmişdir.
Muzeyin direktoru Səadət Qarabağlı mərasimi açaraq, bəstəkar, dirijor, pedaqoq, xalq artisti, Ü.Hacıbəyov adına Respublika Mükafatı laureatı, professor Süleyman Ələskərovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışmış, kitabda bunların ətraflı şərh olunduğu vurğulamışdır. Natiq bildirmişdir ki, mərhum bəstəkarımız sağlığında bu muzeylə sıx əlaqə saxlamış, onun tədbirlərində yaxından iştirak etmiş, Üzeyir Hacıbəyov irsinin ən fəal təbligatçılarından olmuşdur.
Respublika Bəstəkarlar İttifaqının biririnci katibi, xalq artisti Vasif Adıgözəlov, professorlar Vidadi Xəlilov, Ramiz Zöhrabov, xalq artisti, bəstəkar Şəfiqə Axundova, yazıçı - publisist Mustafa Çəmənli və başqaları 11 operettanın, 4 kantatanın, 2 simfoniyanın, “Bayatı-Şiraz” simfonik muğamının, simfonik poema və süitaların, kamera-vokal, instrumental əsərlərin müəllifi Süleyman Ələskərova həsr olunmuş kitabin məziyyətlərindən danışmiş, bəstəkarın xatirəsinin əbədiləşdirilməsini müsbət dəyərləndirmişlər.
Milli Məclisin deputati, şair Zəlimxan Yaqub, xalq artisti Yaşar Nuri kitabda xatirələri toplanmış şəxslər adından kitabin müəllifinə minnətdarlıqlarını bildirmişlər.
Axırda Səadət Təhmirazqızı tədbir iştirakçılarına və kitabin işıq üzü görməsində yardımçi olanlara təşəkkür etmişdir.