Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülh və Müharibə: indi seçim ermənilərindir

Sülh və Müharibə: indi seçim ermənilərindir

Bakı, 16 yanvar, AZƏRTAC

Dövlətlərarası münasibətlərin qarşılıqlı şəkildə normallaşdırılmasını nəzərdə tutan Türkiyə-Ermənistan təmaslarında ilk addım atıldı. Türkiyə Respublikasının təmsilçisi Sərdar Kılıc və Ermənistan Respublikasının təmsilçisi Ruben Rubinyan arasında ilk görüş Moskvada baş tutdu. Görüşün Moskvada keçməsinə siyasi rəng verənlər bunu Rusiyanın öz maraqları ilə izah etsələr də, Rusiya XİN başçısı Sergey Lavrov ölkəsinin danışıqlara müdaxilə etməməsi haqqında fikir səsləndirməklə bu narahatçılığa son qoymağa çalışdı. Amma Ermənistanın özündə bu görüşə yanaşmalar heç də birmənalı deyil. Xüsusən müxalifət nümayəndələri əvvəlcədən belə bir görüşün əleyhinə çıxış edirdilər. Buna baxmayaraq Paşinyan hökuməti görüş qərarında qətiyyət göstərə bildi və nəhayət görüş baş tutdu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, hər iki dövləti təmsil edən nümayəndələrin görüşdən sonra verdikləri qısa açıqlamaların oxşarlığına da şübhə ilə yanaşan erməni müxalifət liderləri dərhal özlərinin də izah edə bilmədiyi məntiqsiz bir nəticəyə gəldilər. Gəldikləri nəticə isə ondan ibarətdir ki, Ermənistan artıq Türkiyənin guya irəli sürdüyü ilkin şərtləri qəbul edib və bunu xalqdan gizlədirlər. Hərçənd görüşdən əvvəl verilmiş bəyanatlarda heç bir tərəfdən ilkin şərtin və ya şərtlərin irəli sürülməyəcəyi dəfələrlə vurğulanıb. Cəmi bir saatdan bir az çox davam etmiş ilk görüşdən dərhal sonra erməni müxalifəti hakim partiyadan nələrin müzakirə olunduğunun açıqlanmasını tələb etdi.

“Bu gün müxalifətdə olan keçmiş Ermənistan rəhbərlərinin 30 il ərzində Azərbaycanla apardıqları danışıqların məzmunu qapalı idi və bu günə qədər də Ermənistan cəmiyyətinin həmin görüşlərdə aparılmış müzakirələrin məğzindən xəbəri yoxdur. Odur ki, Paşinyanın keçmiş danışıqların məzmunu barədə ara-sıra verdiyi açıqlamalar böyük təəccüblə qarşılanır və erməni cəmiyyətində çoxsaylı suallar yaradır. Bu dəfə isə artıq müxalifət mövqeyində dayanan sabiqlər hələ tanışlıq xarakteri daşıyan qısa bir görüşdə bütün məsələlərin guya Ermənistanın ziyanına həll olunub qurtardığını iddia edir və görüşün məzmununu tələb edirlər. ABŞ və Avropa İttifaqının bütün qurumları tərəflər arasında baş tutmuş görüşü alqışlayaraq müsbət sonluqla nəticələnəcəyinə ümid etdiklərini bildirsələr də, Ermənistan müxalifəti bu görüşlərin əleyhinədir və hər vəchlə onun hələ görünməyən nəticələrini indidən qılınclayırlar. Bəs onlar nə istəyirlər? Doğrudanmı onların məqsədi özlərinin dediyi kimi, guya erməni xalqının milli maraqlarını qorumaqdır?

Əgər bugünkü Ermənistan müxalifəti öz xalqının maraqları haqqında düşünsəydi, ötən 30 il ərzində dövlət vəsaitlərini mənimsəmək əvəzinə dilənçi vəziyyətində yaşayan erməni xalqının sosial müdafiəsinə yönəldərdi. Orduya ayrılmış vəsaitləri saxta silahların alınmasına silib həmin pullara özləri üçün çoxsaylı villalar tikdirməz və biznes strukturları yaratmazdılar. Deməli, uğrunda dəridən-qabıqdan çıxdıqları maraqlar heç də erməni xalqına yox, məhz onların özlərinə aiddir”, - deyə C.Feyziyev vurğulayıb.

Deputat deyib: “Paşinyanın uduzulmuş müharibədən sonra da yenidən seçkilər yolu ilə hakimiyyətə gələ bilməsi keçmiş Ermənistan hakimiyyətinin cinayətkar rəhbərlərini çıxılmaz vəziyyətə salıb. Yeni Paşinyan hökuməti xunta hakimiyyəti dövründə baş vermiş cinayətləri araşdırmaqda davam edir. Artıq bir neçə vaxtilə yüksək vəzifə tutmuş klan üzvləri istintaqa cəlb olunaraq həbs edilib. Ən böyük cinayətkarlar olan Robert Koçaryanın və Serj Sarkisyanın da eyni aqibəti yaşamaq şansları çox böyükdür. Buna görə də onlar istənilən bəhanə ilə kütlələri ayağa qaldırmağa və seçki yolu ilə yox, məhz çevriliş yolu ilə Paşinyan hökumətini devirməyə çalışırlar. Ermənistan-Türkiyə danışıqlarından da Ermənistanın təcrid vəziyyətindən çıxması üçün yox, məhz bu məqsədlə yararlanmağa çalışırlar. Onlar, ilk növbədə, Ermənistan hakimiyyətinin artıq Türkiyənin ilkin şərtlərini qəbul etdiyi barədə dezinformasiya yaymaqla Paşinyan hakimiyyətini gözdən salmağa çalışırlar. Məqsəd nə yolla olur-olsun, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaqdan ibarətdir. Son məqsəd heç də erməni xalqının maraqlarını müdafiə etmək yox, özlərini hazırda davam edən istintaq araşdırmalarından və sonrakı mümkün cəzalardan xilas etməkdir. Ona görə də keçmiş xunta rəhbərlərini heç bir sülh qane edə bilməz. Bölgədə müharibə və düşmənçilik davam etdikcə onların da ədalət mühakiməsindən yayınmaq imkanları artır. Lakin cəza qaçılmazdır. Otuzillik hakimiyyətləri dövründə apardıqları millətçilik və işğalçılıq siyasəti ilə həm öz xalqına yaşatdıqları məhrumiyyətlərə və xüsusən də Azərbaycana qarşı törətdikləri işğal, etnik təmizləmə və soyqırımı cinayətlərinə görə Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və onların bütün əlaltıları layiqli cəzalarını almalıdırlar. Bölgədə sülhün bərqərar olunması bu həqiqət anını sürətlə yaxınlaşdıracaq”.

C.Feyziyev əlavə edib ki, tarixdəki bütün müharibələr sonda sülhlə və ya neandertallar kimi tərəflərdən birinin yer üzündən silinməsi ilə tamamlanıb. Bizim müharibəmiz də gec-tez ya sülhlə, ya da ermənilərin Cənubi Qafqaz torpaqlarından silinib yox olması ilə başa çatacaq. Bu müharibənin səbəbkarları isə tarix və gələcək nəsillər tərəfindən daim lənətlənəcəklər. Biz sülh təklifimizi vermişik. İndi seçim ermənilərindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

® “Trendyol” "CEV EuroVolley 2026 Women"in titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir - MÜSAHİBƏ