Sülhməramlıların 27 avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb
Şuşa, 4 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus 21 avtomobilin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, sülhməramlılara məxsus altı təminat-təchizat avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [18:20]
YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb
- 22.05.2025 [17:48]