“Sumqayıt” cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb
Bakı, 16 fevral, AZƏRTAC
“Sumqayıt” futbol klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun yetirmələri Premyer Liqanın XV turunda “Səbail”in qapısından üç cavabsız top keçirib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/2019-cu il mövsümünün ikinci turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqi ilə qalib gəlməyib.
“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/2013-cü il mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]