Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi təntənə ilə qeyd edilib

Bakı, 19 noyabr, AZƏRTAC

Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi təntənə ilə qeyd edilib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan yubiley mərasimində əvvəlcə foyedə universitetin müxtəlif dövrlərdə fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru professor Elxan Hüseynov dövlət və hökumət rəsmilərinə, Milli Məclisin deputatlarına, dünyanın müxtəlif ölkələrindən olan alimlərə, ali məktəb rektorlarına mərasimdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Rektor SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan, beynəlxalq əlaqələrindən, qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən söz açıb: “Təməli 1962-ci ildə qoyulmuş SDU qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atıb. Yarandığı vaxtdan etibarən universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirib. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub.

Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar yetişdirməkdir. Respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və dəst-xəti var”.

Rektor qeyd edib ki, illər ötdükcə Sumqayıt Dövlət Universiteti məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib: “Bu gün universitetin 60 illik yubileyini qalib dövlətin vətəndaşları kimi, torpaqları işğaldan azad olunmuş qalib xalqın nümayəndələri kimi böyük sevinc və iftixarla qeyd edirik. Bu Qələbənin qazanılmasında bütün Azərbaycan gəncləri kimi, Sumqayıt Dövlət Universitetinin məzunları və tələbələri də bənzərsiz qəhrəmanlıq və əzmkarlıq nümunəsi göstərdilər. SDU-nun çoxsaylı kollektivi bu qəhrəmanların - şəhidlik və qazi mərtəbəsinə yüksələnlərin hər birinin əziz xatirəsini yüksək hörmət və ehtiram hissi ilə yad edir, şərəfli adlarını daim uca tutur. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə SDU-nun bir qrup əməkdaşı “Əməkdar müəllim” fəxri adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif edilib. Bu yüksək təltiflərə görə dövlətimizin başçısına universitetin kollektivi adından dərin minnətdarlığımı bildirirəm”.

Daha sonra Sumqayıt Dövlət Universitetinin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

Universitetin 60 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini təbrik edən elm və təhsil naziri Emin Əmrullayev ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə təltif olunan əməkdaşları yubiley münasibətilə təbrik edib, ali dövlət mükafatlarını sahiblərinə təqdim edərək, bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatların artıq öz bəhrəsini verdiyini bildirib: “Müəllim əməyi həmişə yüksək qiymətləndirilir, dövlətimiz təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalır. Bu isə təhsil işçilərinin daha məsuliyyət və vicdanla çalışmaları üçün stimul yaradır. Ölkənin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr vermiş Sumqayıt Dövlət Universiteti ötən dövr ərzində böyük inkişaf yolu keçib, Azərbaycanın sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Bu gün də müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcək peşəkar kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirir. Əminəm ki, 60 illik təcrübəsi olan bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcək”.

Sonra Prezident İlham Əliyevin Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə sərəncamları, Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmana layiq görülmüş əməkdaşların siyahısı oxunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bütün universitet kollektivini yubiley münasibətilə təbrik edərək, elm və təhsil naziri Emin Əmrullayevi və fəxri qonaqları Sumqayıt şəhərində görməkdən məmnunluğunu bildirib: “Sumqayıtın yeganə ali təhsil məktəbi öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətlərini qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran ali təhsil ocağıdır. Universitetin maddi-texniki imkanları daha da güclənir, beynəlxalq əlaqələri durmadan genişlənir və bir elm ocağı kimi Sumqayıtı bütün dünyada layiqincə, uğurla təmsil edir”.

SDU-nun 60 illik yubileyinə həsr olunmuş mərasimdə təbrik məktubları səsləndirilib.

Rusiya Federasiyasının Ufa Dövlət Neft Texniki Universitetinin rektoru dosent Oleq Baulin Sumqayıt Dövlət Universitetinin elm, təhsil sahəsindəki özünəməxsus yerindən və ziyalı mühitinin formalaşmasındakı rolundan danışıb: “SDU ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında sıx çoxşaxəli əlaqələr Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının yaradılmasından sonra qurulub. Hazırda bu əlaqələrimiz uğurla davam etdirilir”.

Mərasimdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov isə Sumqayıt Dövlət Universitetinin elm, təhsil sahəsindəki özünəməxsus yerindən və ziyalı mühitinin formalaşmasındakı rolundan bəhs edib, universitet rəhbərliyini və kollektivi 60 illik yubileyi münasibətilə təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Çinin Heksi Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi Sonq Quanqxiao bildirib ki, iki ölkə arasında qədim tarixi olan dostluq münasibətləri müasir dövrümüzdə yeni müstəviyə qədəm qoyub, belə ki, Azərbaycanla Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Türkiyənin Hacettepe Universitetinin professoru, Sumqayıt Dövlət Universitetinin fəxri doktoru Şükrü Haluk Akalın da SDU-nun kollektivini 60 illik yubileyi münasibətilə təbrik edib.

Tədbirin sonunda universitetin marşı səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub