SUMQAYIT ELEKTRİK STANSİYASINDA SINAQ VƏ SAZLAMA İŞLƏRİ GÖRÜLÜR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 517 meqavatlıq Sumqayıt Elektrik Stansiyasında tikinti-quraşdırma işləri yüksək sürətlə davam etdirilir.
Artıq buxar-qaz qurğusunda qazan və su-buxar sistemlərinin kimyəvi yuyulması başa çatdırılmışdır. Birinci qaz-turbin və utilizasiya qazanı sınaq üçün yüksüz iş rejimində bir saat işləmişdir. Yaxın günlərdə birinci qaz-turbin utilizasiya qazanının sistemə sinxronlaşdırılması və minimal yüklə işlədilməsi nəzərdə tutulur.
Elektrik stansiyasında növbətçi istismar heyəti tam komplektləşdirilmişdir. İlkin olaraq, növbətçi heyət Almaniyanın “Siemens” şirkətinin nümayəndələri ilə istismar qaydalarını öyrənib mənimsəyəcək, bundan sonra bütün işlər tədricən yerli heyətin nəzarətinə keçəcəkdir.
Mütəxəssislər stansiyada illik elektrik enerjisi istehsalının 3,8 milyard kilovat-saat olacağını proqnozlaşdırırlar. İstehsal edilən 1 kilovat-saat enerjiyə şərti yanacağın xüsusi sərfi 230 qram olmaqla, obyektin saatlıq qaz yanacağına tələbatı 100 min kubmetr, illik qaz yanacaq sərfi isə 630 milyon kubmetr təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]