SUMQAYIT PROKURORLUĞUNUN İŞÇİLƏRİ PEŞƏ BAYRAMINI QEYD ETMİŞLƏR
Azərbaycan prokurorluğu yaradılmasının 90 illik şanlı yubileyi münasibətilə oktyabrın 2-də Sumqayıt Prokurorluğunun əməkdaşları şəhərin mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektdə ulu öndərin abidəsinin önünə tər çiçəklər qoymuşlar.
AZƏRTAC xəbər verir ki, elə həmin gün şəhər prokurorluğunun konfrans zalında əlamətdar yubiley münasibətilə təntənəli yığıncaq keçirilmişdir.
Sumqayıt prokuroru, böyük ədliyyə müşaviri Dağlar Zeynalov qeyd etmişdir ki, bu il prokurorluq işçilərinin peşə bayramı prokurorluq orqanlarının yaradılmasının şanlı yubileyi ilə bir vaxta düşmüşdür. O, tədbir iştirakçılarını təbrik edərək milli prokurorluğun tarixinin şanlı mərhələləri barədə söhbət açmışdır. Qeyd edilmişdir ki, öz fəaliyyətində dövlətin və onun hər bir vətəndaşının mənafelərinin müdafiəsi prinsipini əsas tutan Respublika Prokurorluğu yubileyi böyük uğurlarla qarşılayır. Natiq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin müstəqil dövlətimizin, onun strukturlarının və hüquqi təsisatlarının yaradılmasında və inkişafında tarixi xidmətlərini xüsusi qeyd etmişdir. Qanunvericilik sahəsində aparılmış dəyişikliklər nəticəsində ölkəmizdə insanların demokratik hüquqlarının bərqərar olması təmin edilmişdir. Dövlətimiz məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti rəhbər tutaraq dünya birliyində layiqli yer tutmuş, qanunçuluğa və vətəndaşların azadlığına tam təminat verilən vətəndaş cəmiyyəti yaradılmışdır.
İndi həm struktur baxımından, həm də funksional mənada müstəqil dövlət orqanı kimi formalaşmış prokurorluğun arsenalında müasir iş metodları, yüksək ixtisaslı kadr korpusu vardır. 2009-2011-ci illər üçün prokurorluğun fəaliyyətinin yeniləşdirilməsinə dair Dövlət proqramının qəbul edilməsi ölkəmizdə hüquqi dövlət qurulması işində yeni perspektivlər açır.
Məruzədə xüsusi qeyd edilmişdir ki, şəhərin bütün hüquq mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyəti sayəsində burada kriminal vəziyyət nəzarət altındadır. Yığıncaqda çıxış edən Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, Sumqayıt Regional Apellyasiya Məhkəməsinin sədri İkram Kərimov, şəhər polis idarəsinin rəisi Mehdi Hümbətov və başqaları qeyd etmişlər ki, cəmiyyətimizin siyasi münasibətlərinin modelində prokurorluq orqanları xüsusi rol oynayır, bu isə prokurorluq əməkdaşlarının məsuliyyətini daha da artırır.
Sonda şəhər prokurorluğunun veteranlarına qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]