Sumqayıt universitetində ekoloji maarifləndirmə ilə bağlı tədbir keçirilmişdir
Sumqayıt, 23 noyabr (AZƏRTAC). Sumqayıt Dövlət Universitetində ekoloji maarifləndirmə ilə bağlı tədbir keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tələbə İctimai Birliyi və Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin birgə təşkil etdiyi tədbirin məqsədi yer kürəsinin tanıdılması, planetimizdəki həssas tarazlıqların və ekosistemin öyrənilməsi, ətraf mühit problemləri, biotexnologiya və s. istiqamətlər üzrə məlumatların çatdırılması olmuşdur.
Tədbiri universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Nizami Namazov açaraq bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır. Daha sonra tərəfdaş təşkilatların mühazirəçiləri Rövşən Əkbərov və Ramil Rüstəmov mövzu ilə bağlı məruzələrlə çıxış etmişlər.