SUMQAYITDA 12 İYUL “GƏNC AİLƏ QURANLAR GÜNÜ” KİMİ QEYD OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki Sumqayıtda 12 iyul “Gənc ailə quranlar günü” kimi qeyd olunacaqdır. Bu fikir Sumqayıtdakı Nəsimi adına Mədəniyyət və İstirahət Parkında təmir-bərpa işlərinin başa çatması münasibətilə keçirilən mərasimdə səslənmişdir.
Şəhər sakinləri yeni ailə quran gənclərin ziyarət yeri kimi tanınan “Göyərçin” monumental abidəsinin bərpasından çox razı qalmışlar. Həmin gün ailə quran bəylə gəlinin mərasimə gəlişi iştirakçıların sevincinə səbəb olmuş, insanlarda xoş əhval-ruhiyyə yaratmışdır. El ağsaqqalı Dədə Qorqud gənclərə xeyir-dua vermişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev tədbirdə çıxış edərək, parkın təmir-bərpadan sonra açılışı münasibətilə sumqayıtlıları, yeni həyata qədəm qoyan gəncləri təbrik etmiş, iyulun 12-sinin bundan sonra şəhərdə “Gənc ailə quranlar günü” kimi qeyd olunacağını bildirmişdir.
Sonra o, bəylə gəlinə hədiyyələr təqdim etmişdir.
C.Cabbarlı adına mədəniyyət evinin, musiqi məktəblərinin özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla və alqışlarla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]