Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs barədə cinayət işi başlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]