Sumqayıtda Qərbi Azərbaycan İcması ”Dönəcəyəm O Yurda!” adlı tədbir keçirib
Sumqayıt, 4 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının təşkilatçılığı ilə “Dönəcəyəm O Yurda! adlı bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dram Teatrında Milli Məclisin deputatları Müşviq Məmmədli və Emin Hacıyevin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin və icmanın nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qadınlar Şurasının sədri İlhamə Abdullayeva bildirib ki, tədbirdə iştirak edən Qərbi Azərbaycandan olan bütün ziyalı qadınlar öz işlərinin icrasına böyük məsuliyyətlə yanaşırlar. O, Vətən müharibəsində olduğu kimi, tezliklə Qərbi Azərbaycana qayıdış yolunda da xalqımızın həmişə Prezident İlham Əliyevin yanında olacağını, dövlətimizin başçısının verdiyi tapşırıqların lazımınca yerinə yetiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov icmanın uğurlu fəaliyyətindən danışıb.
Şəhər icra hakimiyyətinin birinci müavini Teymur Səmədov isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər təşkilatının fəaliyyətindən və uğurlarından bəhs edib. Təşkilatın fəaliyyətə başladığı dövrdən bir sıra önəmli tədbir və layihələr həyata keçirdiyi bildirilib.
Tədbir Sumqayıt məktəblilərinin hazırladığı maraqlı bədii proqramla başa çatıb.