SURAXANIDA TİKİNTİ VƏ ABADLIQ İŞLƏRİ DAVAM ETDİRİLİR
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov AZƏRTAC-a bildirmişdir ki, Zığ qəsəbəsi “Dədə Qorqud” yaşayış sahəsində və Yeni Suraxanı qəsəbəsində poçt şöbələri üçün yeni binalar istifadəyə verilmişdir.
Bundan əlavə, rayondan keçən magistral yolların ətrafında 64, 5 hektar ərazi təmizlənmiş, sahəsi 2.100 kvadratmetr olan 57 ev və 14 min kvadratmetr hasar suvanmış, yol boyu boru və digər qurğular rənglənmişdir.
Bütün mənbələr hesabına rayonda 98,9 min kvadratmetr, o cümlədən Yeni Günəşlidəki “A”, “B”, “V” və ”Q” yaşayış massivlərində, Hövsan qəsəbəsinin H.Quliyev, E.Məmmədov və İ.Əhlimanov küçələrində, Əmircan qəsəbəsinin İ.Şükurov küçəsində, Bülbülə qəsəbəsinin S.Bəhlulzadə və İ.Məmmədov küçələrində 47,9 min kvadratmetr məsafəyə asfalt örtüyü salınmışdır.