Suriya üzrə “Astana üçlüyü”nün sammiti fevralın 14-də Soçidə keçiriləcək
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 14-də Soçi şəhərində Suriya böhranının nizamlanması üzrə Türkiyə-İran-Rusiya sammiti keçiriləcək.
AZƏRTAC NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hurriyet” qəzetinə müsahibəsində bildirib.
Görüş zamanı Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin Suriyanın İdlib əyalətində yaradılan bufer zonasındakı vəziyyəti və ABŞ qoşunlarının bu ölkədən çıxarılması prosesini müzakirə edəcəkləri gözlənilir.
Hər üç ölkə liderinin bundan öncəki sammiti ötən ilin sentyabr ayında Tehranda baş tutmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]