SİYASƏT
Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyə arasındakı əlaqələrə yansıması – Eskişehirdə tədbir
![](/files/galleryphoto/2023/3/1200x630/17006554485470544522_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006554485300226094_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006554481064946587_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700655448425222031_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006554481276811549_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700655448399157487_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700655448415036420_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006554486082834923_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006554484073922583_1200x630.jpeg)
İstanbul, 22 noyabr, AZƏRTAC
Türkiyənin Eskişehir vilayətində “Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə yansıması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Eskişehir Anadolu Universitetində keçirilən tədbir ölkəmizin Türkiyədəki səfirliyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi tərəfindən təşkil olunub.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi anılıb.
Sonra səfir Rəşad Məmmədov, Anadolu Universitetinin rektoru Fuat Erdal, Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin rəhbəri Burhan Sayılır və dərnəyin sədri Cavid Aydın mövzu ilə bağlı çıxışlar ediblər.
Səfir Rəşad Məmmədov Türkiyə-Azərbaycan əlaqələrinin tarixi və inkişafı, şanlı Qarabağ Zəfəri, eləcə də Şuşa Bəyannaməsinin ölkələrimiz üçün tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Tədbir iki qardaş ölkənin mahnılarından və şeirlərindən ibarət bədii hissə ilə davam edib.
Eskişehirə səfəri çərçivəsində səfir Rəşad Məmmədovun bu şəhərin valisi Hüseyn Aksoyla görüşü olub.
Görüşdə diplomat Şuşa haqqında kitabları mərkəzə təqdim edib.