ŞÜVƏLAN, ŞIX, MƏRDƏKAN, SAHİL VƏ SUMQAYIT ÇİMƏRLİKLƏRİNDƏN İSTİFADƏ QADAĞAN OLUNMUŞDUR
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakının Şüvəlan, Mərdəkan, Şıx, Sahil (Qaradağ rayonu) və Sumqayıt şəhəri ərazisindəki çimərliklərin istifadəsinin müvəqqəti qadağan edilməsi barədə Baş dövlət sanitariya həkiminin 30 may 2007-ci il tarixli 11 №-li qərarı qərarını qüvvədə saxlamışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, buna səbəb qeyd edilən çimərliklərdə intensiv çirklənmə mənbələrinin aradan qaldırılmaması və çimərlik sularının bakterioloji çirklənmə göstəricilərinin icazə verilən normalardan yüksək olması ilə bağlıdır.
Qeyd edilən çimərliklərdə əhalinin çimməsinin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsini təmin etmək üçün Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Baş Polis İdarəsi rəhbərliklərinə müraciət edilmiş, qəbul edilmiş qərarla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]