Taekvando üzrə Ağcabədi rayon turnirində 140 idmançı mübarizə aparıb
Ağcabədi, 8 noyabr, AZƏRTAC
Ağcabədi Olimpiya İdman Kompleksində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş taekvondo idman növü üzrə uşaq, yeniyetmələr və gənclər arasında rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə Ağcabədi, Göyçay, Qax, Ağsu, Şəmkir, Yevlax və Bakıdan olan 140 nəfər taekvondoçu iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışda idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar. Yekunda ayrı-ayrı çəki dərəcələri üzrə qalib idmançılara diplom və medallar təqdim olunub.